Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

FIFA prezidenti COP29-un təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib

Orkhan Ali 14 Noyabr 2024 - 13:36 (Last updated: 21 May 2025 - 20:15)
173157728550923471_1200x630

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gələn FIFA prezidenti Canni İnfantino dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Funksioner Azərbaycana səfəri ilə bağlı sosial şəbəkə hesabında video paylaşıb. Ali futbol qurumunun rəhbəri bildirib ki, dünya liderlərinin iqlim dəyişikliyi ilə bağlı qlobal problemi həll etmək məqsədilə toplaşdığı COP29-a dəvət almaq onun üçün şərəfdir.

C.İnfantino Prezident İlham Əliyev və digər dövlət başçıları, hökumət nümayəndələri ilə planetin, eləcə də futbolun gələcəyi barədə müzakirələr apardığını vurğulayıb: “FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühitin və iqlimin qorunmasına ciddi yanaşır. Biz yüksək keyfiyyətli müxtəlif beynəlxalq sertifikatlaşdırılmış layihələrə investisiyalar etməklə iqlimlə bağlı fəaliyyətə dəstək olmaq, eləcə də bu mübarizəyə töhfə vermək məqsədilə proqramlar həyata keçirmişik. Bu tədbirdə iştirak edən hər kəsin ortaq məqsədi var: uşaqlarımız və onların birgə gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm”.

Post navigation

Previous: “Bu, dəlilikdir”
Next: Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər

Oxşar xəbərlər

dollar qizil
  • Siyasət

Rusiya büdcə kəsirini bağlamaq üçün qızıl satır –– 62 ton qızıl hara gedib?

User 20 Oktyabr 2026 - 21:21
xin
  • Siyasət

Xarici İşlər Nazirliyi Fransaya səyahətlə bağlı xəbərdarlıq edib

User 20 Oktyabr 2026 - 19:34
eldar namazov
  • Siyasət

“Ramiz Mehdiyev məhkəmədə dediklərimi təsdiq elədi” – Eldar Namazov

User 20 Oktyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.