Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xəzər dənizində ölü suitilərin sayı mini ötüb

User 15 Noyabr 2024 - 09:22 (Last updated: 21 May 2025 - 20:15)
suiti xezer

2024-cü il oktyabrın 24-dən noyabrın 13-dək Xəzər dənizinin Manqistau vilayətində sahillərində 1034 ölü suiti aşkar edilib.

Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, Balıqçılıq Komitəsinin mütəxəssisləri bunun səbəbinin təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində atmosferə buraxılan qaz emissiyaları ola biləcəyini ehtimal edirlər.

Suitilərin ölüm səbəbləri ilə bağlı yekun nəticələr, elmi təşkilatların fikrincə, 3-4 ay çəkəcək laboratoriya tədqiqatları başa çatdıqdan sonra əldə olunacaq.

Bundan əvvəl bildirilib ki, sahilyanı monitorinqlər zamanı yüzlərlə ölü heyvan aşkar edilib.

Xəzər dənizində suitilərin kütləvi tələfi 2000-ci illərin əvvəllərindən qeydə alınıb. 2000-ci ildə 10 minə yaxın ölü suiti aşkar edilib, onların ölümünün səbəbi xroniki toksikoz olduğu müəyyən edildi.

Xəzər suitisi endemikdir və Xəzər dənizinin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qidası balıqdır. Mövsümi miqrasiya ilə xarakterizə olunur: qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə isə Orta və Cənubi Xəzər dənizinə miqrasiya edir.

Post navigation

Previous: Norveçə məxsus təyyarə Bakıya məcburi eniş edib
Next: Rusiyanın diplomatik pasportları imtiyazını itirir

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.