Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin rəsmi cədvəlində Suriyanın keçmiş lideri Bəşər Əsədlə görüşün olub-olmadığına aydınlıq gətirib.
Azpost.info xəbər verir ki, Peskov belə bir görüşün nəzərdə tutulmadığını deyib.
O, Putinin Bəşər Əsədlə sonuncu dəfə nə vaxt görüşüb əlaqə saxladığına dair suala cavab verməkdən imtina edib.
Qeyd edək ki, Əsədin ailəsi ilə birlikdə Rusiyada olduğu, bu ölkədən siyasi sığınacaq aldığı bildirilir.
Azpost.info