Bayden Trampın andiçmə mərasimində iştirakını təsdiqləyib

ABŞ Prezidenti Co Bayden gələn il yanvarın 20-si yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimində iştirak edəcək.

Bunu prezident “Meidas Touch Network”ə müsahibəsində təsdiqləyib. “Əlbəttə mərasimə qatılacağam. İndiyə kimi prezidentlər arasında yalnız gələn ay and içəcək bu şəxs inauqurasiya mərasimində iştirakdan imtina edib”,- deyə Bayden bildirib.

Qeyd edək ki, 2021-ci ilin yanvarında Donald Tramp məğlub olduğu Co Baydenin andiçmə mərasiminə qatılmaqdan imtina etmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.