Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Bayramov və Fidan bu məsələləri müzakirə edib

User 18 Yanvar 2025 - 15:29 (Last updated: 21 May 2025 - 20:15)
Bayramov

Bayramov

Azərbaycan və Türkiyə XİN başçıları Ceyhun Bayramov və Hakan Fidan Ermənistan, Suriya və Qəzzaya dair müzakirə aparıb.

“Regional təhlükəsizlik, yeni Suriya hakimiyyətinə Türkiyənin dəstəyi məsələləri də görüşümüzdə müzakirə olundu”. AzPost-un  APA-ya istinadla xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib ki, bu gün Qəzzada atəşkəsə nail olması mühüm hadisədir: “Azərbaycan iki dövlətli həll yolunu dəstəkləyir”.

Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşdırması barədə də türkiyəli həmkarını məlumatlandırdığını bildirib

Görüşlər zamanı  Azərbaycan-Türkiyə münasibətlərinin geniş əhatə dairəsi, çox vektorlu xarakteri və zəngin məzmunundan məmnunluq ifadə olunub.

Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, hərbi-müdafiə, humanitar və digər istiqamətlər üzrə dövlət və hökumət qurumlarımız arasında əməkdaşlığın müsbət dinamikası qeyd olunub.

İkitərəfli müttəfiqliyimiz fonunda ölkələrimizin Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Özbəkistan kimi üçtərəfli, Azərbaycan-Türkiyə-Gürcüstan-Qazaxıstan dördtərəfli əməkdaşlıq formatları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib.

BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və D-8 kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində tərəfdaşlığının həqiqi müttəfiqlik nümunəsi olduğu vurğulanıb.

Türk Dövlətləri Təşkilatında müxtəlif sahələr üzrə birgə təşəbbüslərin irəli sürülməsi, ali və yüksək səviyyədə toplantıların keçirilməsi barədə danışılıb.

Azərbaycanın tamhüquqlu üzv kimi inkişaf etməkdə olan ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulması prosesində Türkiyənin Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Ceyhun Bayramov: Azərbaycan və Türkiyənin əlaqələrinin böyük məsafə qət edib

Eyni zamanda, 2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29 beynəlxalq iqlim konfransında qardaş Türkiyənin dövlət başçısı səviyyəsində geniştərkibli və fəal iştirakı minnətdarlıqla xatırlanıb.

İqtisadiyyat, ticarət və investisiya ölçüləri üzrə Azərbaycan və Türkiyənin əlaqələrinin böyük məsafə qət etdiyi və nümunəvi xarakter daşıdığı ifadə olunub.

Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji və nəqliyyat-kommunikasiya layihələrinin Azərbaycan-Türkiyənin iqtisadi əməkdaşlığında aparıcı rol oynadığı bildirilib.

Bu kimi layihələrdən qaynaqlanaraq ikitərəfli ticarət və qarşılıqlı investisiyalarımızın müsbət dinamikasından bəhs olunub. Azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı məmnunluqla xatırlanıb.

Mövcud iqtisadi tərəfdaşlığımızdan daha çox faydalanmaq və onun yeni hərəkətverici elementlərlə zənginləşdirmək xüsusunda həmfikirlik ifadə olunub. Nəqliyyat-logistika, kommunikasiya və eləcə də təmiz enerji resurslarının istehsalı, tranziti və ixracı istiqamətində həyata keçirilən birgə fəaliyyətlər və müvafiq layihələr barədə fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında humanitar, o cümlədən turizm, səhiyyə, təhsil, elm, mədəniyyət sahələrində təmaslar, mübadilələrin sarsılmaz və əbədi etdiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzərində aparılan danışıqların hazırkı mərhələsi barədə məlumat verib.

Suriyada baş verən son inkişaflar fonunda qardaş Türkiyənin müsbət rolundan bəhs olunub. Suriyadakı yenidənqurma fəaliyyətlərində ölkələrimizin müştərək iştirak imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər, media nümayəndələrinin suallarını cavablandırıblar.

 

Post navigation

Previous: “Kapital Bank” Milli Qəhrəmanın oğurlanmış vəfat pulu ilə bağlı açıqlama yaydı
Next: Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlanıb

Oxşar xəbərlər

erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48

xƏBƏR

erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra...
Read more about Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN
Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi tramp cixis
  • Dünya

Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi

User 04 Noyabr 2026 - 22:42
Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…” vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.