Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Elektrik avtobuslarının problemi – Yolda xarab olur, enerjisi bitir…

Orkhan Ali 19 Yanvar 2025 - 16:19 (Last updated: 21 May 2025 - 20:15)
elektrik avtobuslarının problemi

elektrik avtobuslarının problemi

Yeni elektrik avtobuslarının problemi nədir?
Paytaxtımızın ekoloji təmiz avtobusları deyəsən çox da təmiz işləmir. Ya enerjisi bitir, ya da yeni olsa da, texniki problemi yaranır, ya da içəridə isitmə sistemi qoşulmur.
AzPost bildrir ki, nunu hər gün elektrik mühərrikli avtobuslardan istifadə edən sərnişinlər deyirlər.
Görünən odur ki, ya şəhərin mühiti yeni texnikalara hazır deyil, ya da bu avtobusları idarə etməyi bacarmırlar.
Elektrikli avtobusların sürücüləri problemlərin yaranmasını normal hal hesab edirlər. Onların sözlərinə görə, benzinlə, dizellə işləyən avtobuslarda olduğu kimi elektrik avtobuslarının problemi, texniki nasazlığı ola bilər. //İctimai TV

Xatlrladaq ki, Bakıda bütün avtobuslar elektrik mühərrikli olacağı bildirilmişdi. “2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub”. Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib. Nazir əlavə etmişdi ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb: “Biz 100 kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. 160 ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq” – deyə nazir qeyd etmişdi.

Onu da bildirək ki, Prezidenti İlham Əliyev ötən il oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib. Bildirilib ki, Zığ Elektrik Avtobus Parkının ümumi ərazisi 5,4 hektardır. Tutumu 210 elektrik avtobusu olan parkın ərazisində 60 şarj stansiyası mövcuddur. Hazırda avtobus parkı Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı 160 avtobusdan ibarətdir.

Post navigation

Previous: Sabah bu marşrutların hərəkəti dəyişdiriləcək
Next: Qrenlandiya birbaşa ABŞ ilə müdafiə sazişi bağlamaq istəyir

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.