Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Gündəm

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

Orkhan Ali 20 Yanvar 2025 - 00:01 (Last updated: 21 May 2025 - 20:15)
yanvar02-696x560

Azərbaycan tarixinə 20 Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür.

AzPost xatırladır ki, Qanlı Yanvar hadisələrindən 35 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb.

Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib. Onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb. Yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi.

Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucaldıb. Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Post navigation

Previous: AzTV Rusiyanı yıxıb sürüdü –
Next: “Qayıtdı!” –

Oxşar xəbərlər

BUDCE02
  • Baş Yazı

Azərbaycanda 2026-cı ildə 7,28 milyard manat hara xərclənib? – TƏHLİL

User 09 Noyabr 2026 - 14:05
Pensiyaçı
  • Baş Yazı

2027-ci ildə pensiyaya çıxmaq istəyənləri nə gözləyir? – Yaş həddi və yeni qaydalar

User 09 Noyabr 2026 - 11:51
ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.