Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Trampın bu vədi ölkəmizin maraqlarına toxunur” –

User 21 Yanvar 2025 - 11:12 (Last updated: 21 May 2025 - 20:15)
qudret hesenquliyev
“Trampın çıxışında ölkəmizin maraqlarına toxunan əsas məsələ neftin qiymətini aşağı salacağı barədə verdiyi vəddir. Çünki ölkəmizin iqtisadiyyatı neft gəlirlərindən çox asılıdır”.
AzPost bildirir ki, bu sözləri ƏHD Partiyasının sədri, Milli Məcclisin üzvü Qüdrət Həsənquliyev  mətbuat xidmətinə müsahibəsində deyib.
“Tramp enerji daşıyıcılarını satmaqla və idxal rüsumlarını artırmaqla iqtisadiyyatı gücləndirmək istədiyini bəyan etdi. Amma fərqində deyil ki, ABŞ-nin ixrac etdiyi məhsullara da ticarət tərəfdaşları tərəfindən idxal rüsumları qarşılıqlı olaraq artırılacaq”-deyə deputat vurğulayıb.
Q.Həsənquliyevin sözlərinə görə, Tramp 3-cü dünya müharibəsinə yol verməyəcəyini vəd edir. Bu, kiçik dövlətləri ərazi güzəştlərinə getməyə məcbur etmək hesabına olacaqsa, ABŞ-nin beynəlxalq nüfuzu nəinki artmayacaq, əksi baş verəcək. ABŞ-nin müttəfiqlərsiz, təkbaşına Çinlə mübarizəsi onun məğlubiyyəti ilə nəticələnəcək. Çin Tayvan üzərində dövlət suverenliyini bərpa edəcək. Tramp Panamaya hərbi müdaxilə edərsə, müttəfiqləri və qonşuları ilə ticarət müharibəsinə başlayarsa, bu, ABŞ-nin təklənməsinə səbəb olacaq.
“ABŞ-də bütün çatşmazlıqlarla yanaşı güclü dövlət institutları, hakimiyyət bölgüsü, güclü mətbuat və siyasi müxalifət var. Tramp demokratik dəyərlərdən imtina edib beynəlxalq nizamı pozsa və ölkəsinə ziyan vurmağa başlasa, bu, onun üçün yaxşı sonuclanmayacaq”.
Biz arzu edirik ki, o həm dünya, həm də öz ölkəsi üçün uğurlu lider olsun. Bizə Ermənistanla sülh sazişinin imzalanmasında kömək etsin, İran və Rusiya ilə anlaşsın, Türkiyəyə, müttəfiqlərinə güvənsin, regionda sülhə töhfə versin. Ukrayna ilə Rusiya arasında ədalətli sülhə nail olsun”.

Post navigation

Previous: Meymunçiçəyi virusundan necə qorunmaq olar?
Next: “İranda oğlumu həyatdan küsdürüblər, heç kimi görmək istəmir” –

Oxşar xəbərlər

hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29

xƏBƏR

ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının...
Read more about YAP Təftiş Komissiyasının sədri seçilib
Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.