Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yemək bişirmək üçün hansı yağ daha yaxşıdır? –

User 23 Yanvar 2025 - 15:59 (Last updated: 21 May 2025 - 20:15)
yaq kere qhi

Yemək hazırlamaq üçün kokos (hind qozu yağı) yağından istifadə etmək daha yaxşıdır.

AzPost NEWS.ru -ya istinadən bildirir ki, bunu rusiyalı qastroenteroloq Lyudmila Suxorukova deyib.

Həkim qeyd edib ki, bu yağın tərkibində həzm üçün öd turşusu tələb etməyən və nazik bağırsaq tərəfindən asanlıqla sorula bilən xüsusi növ doymuş yağ var.

Hind qozu yağında həmçinin antifungal, antibakterial və antiviral xüsusiyyətlərə malik laurik turşusu var.

Suxorukova onu da əlavə edib ki, yeməyi zeytun yağı ilə də bişirmək olar. Lakin bunun üçün ilk sıxılmış zeytun yağı məsləhtdir. Bu yağ qızdırıldıqda qida dəyərini saxlayır.

Bundan əlavə, avokado yağı və qhi yağı eyni məqsədlər üçün istifadə edilə bilər.

Qhi yağı – təmizlənmiş kərə yağı növüdür. O, bişirmə müddətinə görə sadə yağdan fərqlənir. Bu yağ əldə etmək üçün adi kərə yağı yalnız əridilməli deyil, həm də maye buxarlanana qədər yaxşı qaynadılmalıdır. Cənubi Asiyada, xüsusən Hindistan və Pakistanda ghi yağı çox məşhurdur.

“Ümumiyyətlə, evdə yemək bişirmək üçün uyğun olan bir neçə növ yağ olmalıdır. Bu, menyunu sağlam yağlarla zənginləşdirəcək və yeməklərə müxtəlif ləzzətlər verəcək”-, deyə həkim əlavə edib.

 

Yerigəlmişkən uzun ömür və yaxşı sağlamlıq üçün daha az kolbasa və sosiska yemək lazımdır. Eyni zamanda qidalanmada qoz-fındıq və qatqısı olmayan taxıl məhsullarını artırmalısınız.

Azpost.info bildirir ki, bu barədə Bergen Universitetinin alimlərinin araşdırmasında deyilir. Tədqiqatın nəticələri “PubMed” Milli Tibb Kitabxanasında dərc olunub.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) sağlam qidalanma üçün “The Eatwell Guide” adlı bələdçi hazırlayıb. Bələdçi insanları düzgün qidalanmanın faydaları haqqında məlumatlandırmaq məqsədi daşıyır. Təlimatlara əsasən, gündə beş porsiya meyvə və tərəvəz yemək və karbohidrat, şəkər, yağ və duz qəbulunu azaltmaq lazımdır. Bundan əlavə, mütəxəssislər su, qoz-fındıq və qatqısız taxıl məhsullarına (çörək, taxıl) üstünlük verməyə, kolbasa, sosiska və şirin qazlı içkilərdən imtina etməyi məsləhət görürlər.

 

 

Post navigation

Previous: Bu şəhərin hər yerindən duz dağları çıxır
Next: Azərbaycanda bu şəxslər odlu silah gəzdirə bilər

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin

User 12 Noyabr 2026 - 10:15
60 yaşdan yuxarı
  • Sosial

60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə

User 12 Noyabr 2026 - 10:00
Qrip
  • Sosial

Soyuq havalarda hansı xəstəliklər artır?

User 12 Noyabr 2026 - 09:47

xƏBƏR

Tibbi Yardım
  • Sosial

Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin

User 12 Noyabr 2026 - 10:15
Azərbaycanda icbari tibbi sığorta sistemi fəaliyyət göstərsə də, vətəndaşlar bəzi müayinə, müalicə və tibbi prosedurlar üçün xəstəxanalarda...
Read more about Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin
60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə 60 yaşdan yuxarı
  • Sosial

60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə

User 12 Noyabr 2026 - 10:00
Soyuq havalarda hansı xəstəliklər artır? Qrip
  • Sosial

Soyuq havalarda hansı xəstəliklər artır?

User 12 Noyabr 2026 - 09:47
Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır? bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir? telefon sarj
  • Maraqlı

Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir?

User 12 Noyabr 2026 - 09:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.