Ölkədə kartof, üzüm, çay istehsalı niyə azalıb?

kartof istehsalı niyə azalıb?
kartof istehsalı niyə azalıb?

Ölkədə kartof, üzüm, çay istehsalı niyə azalıb?

2024-cü ildə ölkədə yun, barama, kartof, üzüm və yaşıl çay yarpağı istehsalı azalıb.

AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin dekabr ayı üçün olan hesabatında bildirilir.

Kartof istehsalı 927,4 min ton olub. Bu, 2023-cü ildə isə bu göstərici 1,010,5 min ton olub.

Üzüm yığımı da aşağı düşüb. Ötən il sahələrdən 205,1 min ton üzüm dərilib. Yaşıl çay yarpağının yığımı isə 1,069 ton olub.

2024-cü ilin yanvar-dekabr aylarında yun, barama, kartof, üzüm və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi isə artıb.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 12995.2 milyon manat təşkil edib ki, bunun da 52.6 faizi (6832.9 milyon manat) heyvandarlıq sahəsinin, 47.4 faizi (6162.3 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.

Xatırladdaq ki, 2024-cü  ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyadan ən çox kartof idxal edən ölkə olub.

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinə (“Rosselxoznadzor”) məlumatına görə, 9 ayda Rusiyadan Azərbaycana 23,7 min ton kartof tədarük edilib.

Ümumilikdə bu dövrdə Rusiya 188,2 min ton kartof ixrac edib. Bundan başqa, hesabat dövründə Azərbaycan Rusiyadan 22,8 min baş iribuynuzlu mal-qara alaraq bu sahədə ən böyük idxalçı olub.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycandan ümumi dəyəri 33 786,2 min ABŞ dolları dəyərində 81 388,3 ton kartof ixrac edilib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2019-cu ilin göstəricisi ilə müqayisədə ötən il Azərbaycandan ixrac edilən kartofun dəyəri 25,8%, həcmi isə 31,7% artıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.