Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı– “Bir anın içində canını tapşırdı”

Əməkdar artist
Əməkdar artist
Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini açıqlayıb.
AzPost xəbər verir ki, Nazir Rüstəmov Qaynarinfo-ya açıqlamasında oğlunun qara xəbərini gecə aldığını dedi:
“Gecə saatlarında xəbər gəldi ki, oğlunuz həyatda yoxdur, keçinib. Anası da xəstəxanada yanında olub. Heç bir xəstəliyi yox idi, adi soyuqdəymə… Özümüz də şokdayıq”.
Nazir Rüstəmov 42 yaşlı oğlunun 3 uşaq atası olduğunu vurğulayıb:
“Gözümüzün qarşısında getdi”.
Qeyd edək ki, Əməkdar artist Nazir Rüstəmova ağır itki üz verib. Aktyorun oğlu Elxan Rüstəmov vəfat edib.
Haşiyə

Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram TeatrındaFüzuli Dövlət Dram TeatrındaAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir.

2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu.

2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.

120-dən çox tamaşada rol almış Nazir Rüstəmov həmçinin şair kimi fəaliyyət göstərir və şeirlər yazır.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.