Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Alimlərdən kəşf: görmə qabiliyyətini qaytarmağa kömək edəcək

Orkhan Ali 26 Yanvar 2025 - 13:21 (Last updated: 21 May 2025 - 20:15)
görmə qabiliyyətini

görmə qabiliyyətini

Kolorado Dövlət Universitetinin amerikalı alimləri LL-341070 adlı maddə kəşf ediblər. Bu birləşmə neyronları zədələyən nevroloji xəstəlikləri olan xəstələrin görmə qabiliyyətini bərpa edə bilər. Bu xəstəliklərə dağınıq skleroz aiddir.

“Ölkə.az” xəbər verir ki, tədqiqat “Nature Communications” (NatComms) elmi jurnalında dərc edilib.

Mütəxəssislər aşkar ediblər ki, LL-341070 siçanlarda mielin regenerasiyasını gücləndirə və beynin görmə ilə bağlı funksiyasını yaxşılaşdıra bilər.

Mielin neyronların çıxıntıları ətrafında qılaf əmələ gətirir, bu strukturların qidalanmasını və onlar boyunca elektrik impulsunun keyfiyyətli ötürülməsini təmin edir.

LL-341070 ilə müalicə ciddi zədələnmələr zamanı  görmə qabiliyyətini daha səmərəli edib.

“Biz uzun illərdir ki, mielinin beyin fəaliyyətində həlledici rol oynadığını bilirik. Bu tədqiqat kortikal mielinin görmə funksiyasındakı rolunu vurğulayır. Preparat dönüş nöqtəsi ola bilər, çünki o, beynin təbii bərpa mexanizmlərini sürətləndirir”, – tədqiqatın həmmüəllifi doktor Daniel Denman qeyd edib.

Tədqiqatçılar preparatı beynin digər sahələrində sınaqdan keçirməyi və müalicəni təkmilləşdirməyi planlaşdırırlar, onu daha da səmərəli və nəticədə xəstələr üçün əlçatan etməyə ümid edirlər.

Post navigation

Previous: İki yaşlı fələstinli qız İsrail əsgərləri tərəfindən güllələndi
Next: Onlayn növbə sistemi nə zaman tam tətbiq ediləcək? – TƏBİB

Oxşar xəbərlər

bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23
emoji
  • Araşdırma

İnsanların əsl hisslərini üzündən, yoxsa səsindən anlamaq daha asandır?

User 21 Oktyabr 2026 - 11:12

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.