Qurban Qurbanov AFFA-dan gedir? –Qurumdan açıqlama

Qurban Qurbanov
Qurban Qurbanov
Qurban Qurbanov AFFA-dan gedir?
Qurban Qurbanovun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaq üçün müraciət etdiyi barədə xəbərlər yayılıb.
AzPost bildirir ki,  “Qarabağ” baş məşqçisinin bir müddətdir AFFA İcraiyyə Komitəsindən ayrılmaq istədiyi, bununla bağlı rəhbərliyə müraciət etdiyi bildirilir.
Uzun illərdir Ağdam klubunu çalışdıran Qurbanov bundan sonra bütün diqqətini öz işinə yönəltmək istədiyi iddia edilir.
Modern.az iddialarla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Qurban Qurbanovun İcraiyyə Komitəsindən ayrılmaq üçün müraciəti olmayıb”, – açıqlamada deyilir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.