Heydər Əliyevin məşhur tərcüməçisi hardadır?- FOTO

Heydər Əliyevin
Heydər Əliyevin

1990-cı illərdə mərhum Prezident Heydər Əliyevin tərcüməçisi olmuş Rauf Hüseynovu çoxları xatırlayır.

AzPost bildirir ki, Xarici Dillər Universitetinin məzunu olan R.Hüseynov Prezidentin mühüm xarici səfərlərində onu müşayiət edib.

Rauf Hüseynov prezident Heydər Əliyevin 1997-ci ildə ABŞ-a çoxgünlük səfərində tərcüməçi kimi iştirak edib. Burada ABŞ prezidenti Bill Klinton, Amerikanın görkəmli siyasətçiləri, politoloqları görüşlərdə olub.

2000-ci illərin əvvələrində tərcüməçi kimi fəaliyyətini başa vuran R.Hüseynov daha bir müddət pedaqoji fəaliyyət göstərib.

Bəs indi Heydər Əliyevin məşhur tərüməçisi Rauf Hüseynov hardadır?

AzPost bildirir ki, Heydər Əliyevin məşhur tərüməçisi Rauf Hüseynov hazırda bizneslə məşğuldur. Onun yaxınlarının verdiyi məlumata görə, işi ilə bağlı Türkiyə, Britaniya və ABŞ-da olur. Azərbaycanda yaşamır, amma işləri ilə bağlı ildə bir neçə dəfə Bakıya gəlir. Onun Bakıda otel biznesinin olduğu vurğulanır.

Rauf Hüseynov evlidir, 3 övladı var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.