Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Yoxlamaların daha 1 il dayandırılması təklif olunur

Orkhan Ali 30 Yanvar 2025 - 22:43 (Last updated: 21 May 2025 - 20:15)
Yoxlamaların

Yoxlamaların

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib. Lakin Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.
Bununla bağlı sənəd bir müddət öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib. Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Yoxlamaların daha bir il dayandırılması sahibkarlar üçün nə vəd edir?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu qanun Azərbaycanda son 7 ildir tətbiq olunur:
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının haqqında” qanun çox yaxşıdır. Mən bunun əleyhinə deyiləm. Yenidən bir il müddətinə uzadılması da sahibkarlar üçün heç nəyi dəyişməyəcək. 7 ildir sahibkarların fəaliyyəti məhdud şəkildə yoxlanılır. Sahibkarlıq obyektində yoxlama apara bilmək hüququ olan qurumlar bunu edə bilirlər. Bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş  əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır”.
İqtisadçının sözlərinə görə, bu müddətin uzadılması sahibkarlar üçün nəyisə dəyişdirməsə də çox yaxşıdır. Bunun da öz səbəbləri var:
“Çünki Azərbaycanda sahibkarlıq obyektlərinin yoxlanılması etikası hələ formalaşmayıb. Sahibkar, Azərbaycan vətəndaşı yoxlamanın xeyrindən çox ziyanını görür. Çox vaxt yoxlamalar bəzi maraqların güdülməsinə, biznesin sıxışdırılmasına, biznesə əlavə problemlər yaradılmasına gətirib çıxarır. Ona görə də bu yoxlamaların aparılmasının uzadılması müsbət addımdır”.

Post navigation

Previous: Valideynlərə ŞAD XƏBƏR – Məktəbə uşaq yola salmaq ASANLAŞACAQ
Next: Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişir

Oxşar xəbərlər

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.