Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Bu ilin iqtisadi gözləntiləri necə olacaq?

Orkhan Ali 01 Fevral 2025 - 09:06 (Last updated: 21 May 2025 - 20:15)
0e69e31ebcf9cec4cdd28223e2d18c2a
Fikrət Yusifov: “Adətən təqvim ilinin birinci ayında göstəricilər ondan sonrakı ayların göstəricilərindən bir qədər aşağı olur”

2025-ci ilin ilk ayı bitdi. Yanvar ayının iqtisadi göstərişləri ilə bağlı statistik məlumatlar yaxın günlərdə açıqlanacaq. Bəs bu il ərzində Azərbaycan iqtisadiyyatı üçün hansı nəticələrlə yadda bilər? Məlumat üçün bildirək ki, 2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlamışdi.

Rəsmi statistika nə deyir?

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatın əsasən, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cu ilin yanvar ayında ÜDM 5%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3% artıb. Əlavə dəyərdə artım tikinti sektorunda 66,9%, nəqliyyat və anbar təsərrüfatında 26,8%, qeyri-neft-qaz emal sənayesində 16,8%, turizm və ictimai iaşədə 12,1%, informasiya və rabitədə 11,8% təşkil edib.

Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb.

2024-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala investisiya qoyuluşları 37,4%, o cümlədən qeyri-neft-qaz sektoruna 34,1% artıb ki, bu da iqtisadi artıma töhfə verən mühüm amil kimi dəyərləndirilib.

Yeri gəlmişkən, Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan startapların inkişafı, sahibkarlığın stimullaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi üçün əlverişli şəraitin yaradılmasına böyük əhəmiyyət verir.

SİTAT: “Fəaliyyətə yeni başlayan sahibkarlara layihələri işə salmağa və potensiallarını inkişaf etdirməyə kömək edən müxtəlif proqramlar həyata keçirilir”.

 

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, yanvar ayında ölkə iqtisadiyyatında hansı nəticələrin əldə olunmasını yalnız rəsmi statistikanın bu barədə məlumatlarını əldə etdikdən sonra danışmaq mümkündür:

“Bu isə cari ilin fevral ayının birinci yarısında baş tutacaqdır. Lakin buna baxmayaraq ilin birinci ayı üçün xas olan ənənəvi vəziyyət barədə bir neçə kəlmə fikir bildirmək olar. Adətən təqvim ilinin birinci ayında göstəricilər ondan sonrakı ayların göstəricilərindən bir qədər aşağı olur. Bunun başlıca səbəbi isə ilin əvvəlində iqtisadi aktivliyə təkan verə biləcək bəzi prosseslərin bir qədər ləng getməsidir. Məsələn, ilin birinci aylarında büdcədən maliyyələşmənin bir qayda olaraq gec açılması, xüsusilə investisiya qoyluşlarının maliyyələşdirilməsində gecikmələr öz növbəsində ilin başlanğıcında iqtisadiyyatda daha yüksək nəticələr əldə etməyə imkan vermir. Lakin bu vəziyyət artıq birinci rübün sonuna doğru aradan qalxmış olur.

Ötən 2024-cü ildə Azərbaycan iqtisadiyyatında 4,1%, onun real sektorunda  isə 6,2% artım qeydə alınıb. İnanaq ki, cari ildə artımlar bundan daha yüksək ola biləcək. Bunun üçün ölkə iqtisadiyyatına yerli yatlrımlarla yanaşı, xarici investisiyaların daha üstün axınına nail olmalıyıq.

İqtisadiyyata nə qədər çox investisiya yatırılırsa, bir o qədər də onun inkişafı təmin edilmiş olur. O səbəbdən dövlət büdcəsindən əsas kapitala yönəldilən vəsaitlər və yerli investorların özəl sektora etdikləri yatırımlarla yanaşı, biz ölkə iqtisadiyyatına, ilk növbədə isə onun real sektoruna xarici investisiyaların üstün axınını təmin etməliyik. Bu olduqca vacibdir”.

Post navigation

Previous: Uşaq psixoloqu: Uşağı necə tərifləmək olar?
Next: “Azəriqaz” cəzalandırıldı

Oxşar xəbərlər

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

User 10 Noyabr 2026 - 10:47
trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30

xƏBƏR

ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ermənistanda müxalifət partiyasının bələdiyyə rəhbərliyinə namizədi Arsen Gevorkyan istintaq təcridxanasında vəfat edib. O, seçkiqabağı rüşvət paylamaqda ittiham...
Read more about Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir? hekim novbe
  • Baş Yazı

Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir?

User 10 Noyabr 2026 - 12:55
Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı? photo_5445373109872566965_y
  • Dünya

Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı?

User 10 Noyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.