Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Hüquq müdafiçiləri jurnalistlə bağlı Prezidentə müraciət edib

User 08 Fevral 2025 - 19:18 (Last updated: 21 May 2025 - 20:15)
sahnaz

Azərbaycanda hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri, hüquq müdafiçiləri həbsdə olan jurnalist Şahnaz Bəylərqızı ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə qeyd olunur ki, jurnalist fevralın 5-də Toplum TV işi ilə bağlı saxlanılıb və 3,5 ay müddətinə həbs edilib.

Hüquq müdafiəçiləri Ş.Bəylərqızının beyin şişi, şəkərli diabet və hipertoniya kimi bir sıra ağır xəstəliklərdən əziyyət çəkdiyini vurğulayırlar.

İstintaq və məhkəmə zamanı onun vəziyyəti dəfələrlə pisləşib.

Jurnalist hazırda Kürdəxanı istintaq təcridxanasının tibb hissəsində həkim nəzarəti altında saxlanılır.

Hüquq müdafiəçiləri Ş.Bəylərqızının iki azyaşlı övladının olmasına da diqqət çəkirlər.

“Cənab Prezident, biz dəfələrlə müraciətlərimizə diqqətli münasibətinizin, humanist yanaşmanızın şahidi olmuşuq. Bunu və qeyd olunanları nəzərə alaraq, jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək verməyinizi xahiş edirik”, – monitorinq qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının imzaladığı müraciətdə deyilir.

Monitorinq qrupunun üzvləri birinci Vitse-prezident Mehriban Əliyevaya da analoji tələblə müraciət ediblər.

“Hörmətli Mehriban xanım, siz bir ana kimi hər zaman qadın problemlərinə böyük diqqət və humanist münasibət göstərir, onların həllində səy və dəstəyinizi əsirgəmirsiniz. Biz hüquq müdafiəçiləri olaraq bunun şahidiyik. İndi də jurnalist Şahnaz Bəylərqızının xəstəliyini və iki azyaşlı övladının olmasını nəzərə alaraq, onun ev dustaqlığına köçürülməsinə köməklik göstərilməsi xahişi ilə Sizə müraciət edirik”, – deyə monitorinq qrupunun üzvləri M.Əliyevaya müraciətində qeyd ediblər.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Post navigation

Previous: Abşeron yarımadası və bəzi dağlıq rayonlara qar yağır –
Next: Yaddaş zəifliyi və unutqanlıq nədən olur?

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
ABŞ hakimiyyəti İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxslərə 20 milyon dollaradək mükafat təklif edib. Azpost.info...
Read more about ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib? tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.