Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Yaddaş zəifliyi və unutqanlıq nədən olur?

Orkhan Ali 08 Fevral 2025 - 19:23 (Last updated: 21 May 2025 - 20:15)
Yaddaş zəifliyi

Yaddaş zəifliyi

Unutqanlıq və ya yaddaş zəifliyi müasir dövrün ən yayğın şikayətlərindən biridir. Müasir günümüzün gətirdiyi stress və həyat tərzi insanların yaşam formasına öz mənfi təsirini göstərə bilər. Yaşadığımız cəmiyyətdə baş verən hadisələr həyat tərzimizə təsir etməklə yanaşı, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Oturaq, antisosial həyat və sıx iş stresi psixoloji və nevroloji problemlərə yol aça bilər.

Yaddaş pozğunluğu beyinin yaddaşla məşğul olan hissəsinin normal işləməməsi səbəbindən meydana çıxır. Yaddaş pozğunluğu zamanı beyin dəfələrlə təkrarlanmayan bir sözü və ya hadisəni xatırlamaqda çətinlik çəkir.

Yaddaş pozğulunğu qısa və ya uzun müddətli ola bilir. O, bir xəstəlik deyil, müxtəlif patologiyaların əmələ gətirdiyi əlamətdir.

Beyinə təsir edə biləcək müxtəlif patoloji xəstəliklər yaddaş pozğunluğunun əmələ gəlməsinə səbəb olur.

Bu zaman isə beyin informasiyanı özündə qısa müddətli saxlayır və ya saxlaya bilmir. Yaddaşsızlıq bir xəstəlik deyil. Bu, sağlam adamlarda da meydana çıxa bilir və qısamüddətli olur.

Yaddaş pozğunluğu zamanı isə xəstə ən yaxın adamını, ona dəfələrlə təkrarlanan sözü və hətta öz kimliyini də unudur.

Belə xəstələr iş yerlərində illərlə təkrarladığı işləri yerinə yetirməyi yaddan çıxarır.

Yaddaş pozğunluqları zamanı xəstə tez-tez və hər gün yerinə yetirdiyi işləri belə yadından çıxarır və xatırlamaqda çətinlik çəkir.

Yaddaşsızlıq bəzən bir çox xəstəliklərin ilkin əlaməti kimi meydana çıxa bilir. Buna görə də mütəxəssislər yaddaş pozğunluğu hiss edilən insanların mütləq həkimə müraciət etmələrini tövsiyə edir.

Çünki bir çox hallarda yaddaş pozğunluğu müalicə edilə bilməyən xəstəliyin ilk əlaməti kimi meydana çıxır. Vaxtında qoyulan diaqnoz isə insanı bu xəstəlikdən xilas edə bilər.

Yaddaş pozğunluğunun meydana çıxmasının bəzən elektron cihazların isitfadəsi ilə bağlı olduğu qeyd edilir.

Bəziləri bunun kompüter və ya bu kimi elektronik cihazların istifadəsi ilə əlaqələndirirlər. Amma araşdırmalar zamanı bu fikir sübuta yetirilməyib.

Uzun müddət istirahətsiz iş rejimi, psixoloji faktorlar da yaddaş pozğunluğuna səbəb ola bilir. Yaddaş pozğunluğunun aradan qalxması üçün onun hansı səbəblərdən meydana çıxmasını araşdırmaq lazımdır.

Bunun üçün ilk növbədə həkimə müraciət etmək, səbəbi tapmaq və onu aradan qaldırmaq lazımdır. Yaddaş pozğunluğunu əmələ gətirən xəstəliyin müalicə edilməsi bu əlamətin aradan qalxmasına səbəb olur.

Bəzən bu müalicə uzun zaman tələb edir və hətta reabilitasiya müddətinə ehtiyac duyulur. Yaddaş pozğunluğunun aradan qalxmasında həkimlə bərabər ailə və ətrafdakıların da rolu olmalıdır.

Unutqanlıq xəstəliyinin simptomları nələrdir?

Unutqanlıq müxtəlif səbəblərdən baş verə bildiyindən xəstələrdə fərqli simptomların olması normaldır. Hər bir xəstədə eyni simptomların müşahidə olunmasını gözləmək mümkün deyil. Ən çox görülən simptomlar:

  • Gündəlik həyatda gündəlik işləri və işləri unutmaq,
  • Gördüyünüz bir filmi, oxuduğunuz bir kitabı, düşüncələrinizi və ya başqası ilə söhbətinizi unudaraq,
  • İş həyatında edilməsi lazım olan işləri unudub gecikdirmək,
  • Daha əvvəl dəfələrlə ziyarət edilən ünvanı unutmaq və ya çətinliklə yaşamaq,
  • Sadə seçimlərdə belə qərarsızlıq və ya qərar verməkdə çətinlik,
  • Normalda maraqlı olan şeylərə maraq və uyuşma itkisi
  • Şiddətli depressiya,
  • Bu narahatlıq və ya əsəbi bir vəziyyətdir.

Hansı xəstəliklər zamanı yaddaş pozğunluqları baş verə bilir?

Ən uzunmüddətli yaddaş pozğunluğu Alsheymer xəstəliyi zamanı baş verir, amma hər yaddaş pozğunluğuna Alsheymer diaqnozu qoyula bilməz. Bir çox xəstəliklər yaddaş pozğunluğuna səbəb ola bilir.

Beyin damarlarının tutulması, qalxanabənzər vəzi pozğunluqları, B12 və fol turşusu və bir çox maddə çatışmazlığı, ürək, qaraciyər və böyrək xəstəliklərinin beyinə təsiri baş verdikdə, Parkinson xəstəliyində, mərkəzi sinir sisteminin bir çox xəstəlikləri zamanı yaddaş pozğunluqları xəstəliyin ilk əlaməti kimi meydana çıxır.

Bu səbəblərə görə yaddaş pozğunluğunun meydana çıxdığı zaman tez bir müddətdə həkimə müraciət etmək lazımdır.

Yaddaş pozğunluğundan söhbət getdikdə ilk ağıla gələn hipotirozdur. Qalxanvari vəzin hormon çatışmazlığı yaddaş pozğunluğunu əmələ gətirən ilk faktorlandandır.

Xəstəlik və ya yorğunluq səbəbindən asılı olmasına baxmayaraq, yaddaş pozğunluğu insanın sosial həyatına və işinə birbaşa mənfi təsir göstərir.

Bu patoloji əlamət iş həyatınının pozulmasına səbəb olan əsas amildir. Yaddaş pozğunluğu istənilən yaş dövründə meydana çıxa bilir və insanın həyatını korlayır.

Yaddaş pozğunluqları zamanı qidalanma

Yalnız yaddaşsızlıq zamanı deyil, digər zamanlarda da beyinin yaxşı qidalanması üçün ona müsbət təsir edən qidalarla qidalanmaq lazımdır.

Beyində yaddaş zəifliyi ilə əlaqədar problemlərin meydana çıxmaması üçün xəstəlik olmadıqda belə B qrup vitaminləri ilə zəngin qidalarla qidalanmaq lazımdır. Tərkibində fol turşusu, maqnezium, maqnium olan qidalar da beyin fəaliyyətinə müsbət təsir göstərir.

Düzgün olmayan qidalanma, normal yatmamaq, siqaret və içki, narkotik maddələr yaddaşsızlığın meydana çıxmasına səbəb olan amillərdəndir.

Sağlam bir beyinə sahib olmaq üçün yuxu və qida rejiminə nəzarət etmək, açıq havada gəzmək, beyin məşqləri etmək lazımdır. Bunlar sağlam beyin üçün lazım olan amillərdəndir.

Mütəxəssislər tez-tez yaddaş zəifliyi yaşayan insanlara həkimə getməyi və nevrologi müayinələr etdirməyi məsləhət bilir.

Post navigation

Previous: Hüquq müdafiçiləri jurnalistlə bağlı Prezidentə müraciət edib
Next: Ölümcül gözəllik: Heyrətamiz göl heyvanları “daş”a çevirir

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar...
Read more about Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı az abs ermeni
  • Baş Yazı

Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı

User 07 Noyabr 2026 - 10:11
Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.