Mənzillərin kirayə qiymətləri artıb- VİDEO

kirayə qiymətləri
kirayə qiymətləri
Bakıda mənzillərin kirayə qiymətləri əvvəlki aylara nisbətən artıb. AzPost Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, əvvəllər kirayə mənzil bazarında ildə iki dəfə dəyişiklik baş verirdisə, son dövrlərdə bu, tez-tez olur.

“Mənzil fondu yeniləndikcə qiymətlərdə də yüksəlmələr müşahidə edilir”.
Ekspert vurğulayır ki, xüsusən də, şəhərin mərkəzindəki evlərin kirayə qiymətləri yüksəkdir:
“Şəhərin köhnə və yeni tikili hissələri arasında da qiymətlər fərqlənir”.

Ramil Osmanlı deyir ki, mülkiyyətçi mənzili yenidən təmir etdikdən sonra onu əşya ilə təmin etməkdə maraqlı olmur. Hər iki halda mənzilin kirayə qiyməti təqribən eyni təklif edildiyindən bazarda bu tendensiya yaranıb.

Ramil Osmanlı bildirib ki, kirayə mənzil bazarında hazırda tələb təklifi üstələdiyindən qiymətlərdə artım müşahidə olunur. Üstəlik bu artım dövri xarakter daşımır.

Ekspert bildirib ki, paytaxtda istismar müddəti başa çatmış və müəyyən layihələr çərçivəsində sökülməsi planlaşdırılan xeyli bina var. Bunu nəzərə alsaq, kirayə mənzil bazarında qiymət artımının davam etməsi gözlənilir.

Daha ətraflı videomaterialda:

Bizi “TikTok”da izləyin  
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.