Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Qəzza planı – Netanyahunun silahla edə bilmədiyini Tramp pulla etmək istəyir

Orkhan Ali 10 Fevral 2025 - 16:20 (Last updated: 21 May 2025 - 20:15)
Qəzza planı

Qəzza planı

ABŞ prezidenti Donald Trampın Qəzza əhalisini köçürəcəyi və zolağa Amerika əsgərləri göndərəcəyi açıqlaması hələ də əsas müzakirə mövzularından biri olaraq qalır. Bu gün ABŞ prezidenti təklifini bir daha səsləndirib və əlavə edib ki, Qəzzanı özü almaq istəyir. Yəni başqa sözlə, Qəzza ilə bağlı planından geri çəkilmək fikrində olmadığını bir daha açıqlayıb.

“İdeya müəllifi” kimdir?

AzPost bildirir ki, fevralın 4-də Ağ Evdə İsrail baş naziri Netanyahu ilə görüşdən sonra ABŞ prezidenti Tramp Qəzza zolağından fələstinliləri köçürüb. buranı yenidən inşa edəcəyini dedi. Təbii ki, Trampın məlum açıqlamanı Netanyahu ilə birlikdə Ağ Evdə brifinq zamanı verməsi bu fikrin “ideya müəllifinin” İsrail baş naziri olduğunu təsdiqləyirr. Çünki İsrailin Qəzza əməliyyatının əsas hədəfi zolağı nəzarətə götürmək və idarə etməkdir.

Bunun daha bir sübutu isə İsrail Müdafiə Nazirliyi “Qəzzadan köçmək istəyənlər üçün” plan hazırlamağa başlayıb.
Maraqlıdır ki, fevralın 5-də Tramp Qəzza planının “hər kəs tərəfindən bəyənildiyini” deyib. Halbuki ABŞ-ın NATO müttəfiqləri də daxil olmaqla əksər dövlətlər bu planı tənqid edərək qarşı çıxıb.

Görünür buna görədir ki, ABŞ dövlət katibi Marko Rubio və Ağ Evin sözçüsü Karoline Leavitt prezident Trampın sözlərini malalamağa çalışıblar. Məsələn, Rubio deyib ki, Trampın açıqladığı plan, ABŞ-ın Qəzzanın yenidən inşası ilə bağlı istək və təklifdir. BBC-yə görə, Rubio təklifin qəzzalıların zolağın inşası dövründə müvəqqəti olaraq onu tərk etməsini nəzərdə tutduğunu deyib. Oxşar şəkildə Levitt də qəzzalıların inşaat prosesində müvəqqəti olaraq zolağı tərk edə biləcəyini deyib.

Qəzzanın təxminən 2,3 milyon əhalisi var və bu qədər insanın oradan çıxarılması real deyil. Çünki birincisi, Trampın qəzalıları köçürmək istədiyi Misir və İordaniya kimi ölkələr yüzminlərlə fələstinlini qəbul etməyəcək. Bunu artıq elan ediblər. İkincisi, hətta Vaşinqtonun təzyiqi və təşviqi ilə bunu etsələr belə, bu, nəinki münaqişənin həllinə xidmət etməyəcək, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirəcək.

Fələstin əhalisi 1948-ci il birinci İsrail-Fələstin müharibəsindən vətənlərini tərk etməkdən imtina edib. Çünki birinci müharibədən qaçqın düşən əhalinin heç biri 77 ildir ki, öz evlərinə qayıda bilmir. Buna görə də fələstinlilər ən ağır şərtlərdə belə olsa yaşayış yerlərini tərk etmək istəmir. Üstəlik Həmas və digər silahlı qrupları bu plana qarşı çıxacaq, hansı ki, artıq bunu elan ediblər.

Tramp birinci prezidentliyi dövründə 2017-ci ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ciddi qalmaqala səbəb olduğu kimi, bu dəfə də qeyri-standart açıqlaması ilə Yaxın Şərqdə onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir. Artıq bütün ərəb dövlətləri Trampın bu planın aqarşı çıxış edib. Ancaq ABŞ prezidentinin Qəzza təklifini dayanmadan səsləndirməsi onu göstərir ki, Eğ Evin yeni sahibinin Yaxın Şərqdə növbəti dəfə “bomba partlatmaq” ehtimalı yüksəkdir.

Bizi İnstagramda izləyin!

Post navigation

Previous: Azərbaycanda 1300 müəllim işdən çıxarılıb
Next: Sahil Babayev nələrə hazırlaşır?

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.