Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

AYNA bu müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb

Orkhan Ali 14 Fevral 2025 - 18:20 (Last updated: 21 May 2025 - 20:15)
IMG-20250214-WA0069

Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.

Bu barədə AzPost-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-İmişli, Bakı-Sabirabad, Sumqayıt-Masallı, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki, Mingəçevir-Balakən, Balakən-Gərəkli kəndi, Şəki-Gəncə şəhərlərarası, eləcə də paytaxtın 45 nömrəli şəhərdaxili, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 15 mart 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-İmişli istiqamətlərində 9 Lot üzrə aprelin 3-də, Bakı-Sabirabad, Sumqayıt-Masallı, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki, Mingəçevir-Balakən, Şəki-Gəncə, Balakən-Gərəkli kəndi istiqamətlərində 9 Lot üzrə aprelin 8-də və paytaxtın 45 nömrəli şəhərdaxili (“Azadlıq prospekti” metrostansiyası – M.Ə.Rəsulzadə qəsəbəsi), 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) və 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) avtobus marşrutları üzrə 3 Lotda aprelin 11-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Post navigation

Previous: Azərbaycan-Ermənistanın delimitasiya üzrə Komissiyasının görüşü keçirilib
Next: Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinə yekun vurub

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.