Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam ABŞ-ın Stirling Fondunun İcraçı direktoru ilə görüşüb

User 14 Fevral 2025 - 16:05 (Last updated: 21 May 2025 - 20:15)
qmi stling
 Fevralın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Stirling Fondunun İcraçı direktoru Edvard Rounu qəbul edib.
Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri onunla Bakıda yenidən görüşməkdən məmnunluğunu ifadə edib, Stirling Fondunun dəvəti ilə ABŞ-ın Yuta ştatında olarkən keçirilən yüksək səviyyəli görüşləri yaxşı xatırladığını deyib.
QMİ sədri rəhbərlik etdiyi dini mərkəzlə Stirling Fondu arasında münasibətlərin, birgə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, əlaqələrin davamlı olmasının vacibliyini diqqətə çatdırıb, Fondun rəhbərliyinə salam-dualarını çatdırmağı xahiş edib.
Edvard Rou qonaqpərvərliyə görə təşəkkür edərək Şeyxülislam Allahşükür Paşazadənin beynəlxalq müstəvidə dinlər və mədəniyyətlər arasında dialoqun inkişafı sahəsində çox mühüm işlər gördüyünü bildirib. Qonaq Azərbaycandakı multikulturalizm və tolerantlıq mühitini yüksək dəyərləndirib, bildirib ki, bəzi ermənipərəst senatorların Azərbaycanın Qarabağda guya etnik təmizləmə aparması, erməni dini abidələrini dağıtması barədə Senata təqdim etdiyi üç qətnamə layihəsi Stirling Fondunun səyi nəticəsində qəbul olunmayıb.
Özbəkistan Respublikasında fondun həyata keçirdiyi müxtəlif humanitar layihələr barəsində məlumat verən icraçı direktor qeyd edib ki, gələcəkdə Daşkənddə Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyətinə həsr edilən beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Edvard Rou Stirling Fondunun illik toplantısında fəxri qonaq kimi iştirak etmək üçün Şeyxülislam A. Paşazadəni növbəti dəfə ABŞ-ın Yuta ştatına dəvət edib. Qonaq QMİ-nin Bakıda yeni fəaliyyətə başlayan “Toleranlıq evi”nə eksponat hədiyyə edib, səfəri zamanı dünyada analoqu olmayan belə bir məkanı böyük maraqla ziyarət edəcəyini deyib.
Görüşdə Beynəlxalq Multikulturalizm Mərkəzinin  İcraçı direktoru Rəvan Həsənov iştirak edib. Görüşün sonunda xatirə fotosu çəkilib.

Post navigation

Previous: Məktəbli uşaq dostunu tüfənglə öldürdü
Next: Putin Trampla danışıqlar üçün komanda hazırlayır –

Oxşar xəbərlər

qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04

xƏBƏR

ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində...
Read more about İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir? burcler
  • Maraqlı

2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir?

User 12 Noyabr 2026 - 20:47
Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?” putin uitkof
  • Dünya

Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?”

User 12 Noyabr 2026 - 20:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.