Harvard Çan İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, minnətdarlıq hissi ömrü əhəmiyyətli dərəcədə uzada bilər.
AzPost xəbər verir ki, JAMA Psixiatriya jurnalında dərc olunan araşdırmada tədqiqatçılar orta yaşı 79 olan 49 275 iştirakçının məlumatlarını təhlil ediblər.
2016-cı ildə könüllülər minnətdarlıq səviyyələrini qiymətləndirən anketləri doldurublar.
4608 iştirakçının artıq öldüyü 2019-cu ildə elm adamları müəyyən edə biliblər ki, təşəkkür faktoru üzrə yüksək bal toplayan insanların ölüm riski digər iştirakçılara nisbətən 9% azdır.
Araşdırmanın aparıcı müəllifi Ying Chen bildirib ki, yeni dəlillər şükürün yaşlı insanların ömrünü uzun edə biləcəyini təsdiqləyir.
Əlavə olaraq oxuyun:
Məlum olub ki, çoxlu emal olunmuş ət (kolbasa, sosiska), un məhsulları yeyən və tez-tez şəkərli qazlı içkilər içən insanlar daha sağlam pəhriz saxlayanlara nisbətən daha az yaşayırlar. Alimlər müəyyən ediblər ki, “The Eatwell Guide”nin tövsiyə etdiyi qoz-fındıq, qatqısız taxıl məhsulları, meyvə və paxlalı yemək daha uzun ömür ilə əlaqəlidir.
Tədqiqatçılar deyirlər ki, yemək vərdişlərindəki kiçik müsbət dəyişikliklər belə (məsələn, şəkərin azaldılması) ömrün bir il uzadılmasına səbəb ola bilər. Onlar həmçinin bildirir ki, “The Eatwell Guide”-nin bütün tələblərinə əməl etmək ömrünüzü səkkiz il uzadacaq.