4 kişi gecə yeyib-içidlər, səhər öldülər –Bakıda faciə

Bakının Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb.

AzPost Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. İki qonşunun meyiti evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılanların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib-içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb. Dörd nəfərin ölüm səbəbi hələlik məlum deyil, müvafiq ekspertizalar təyin edilib.

Araşdırma gedir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.