“Ukrayna dairəsi”ndə piyadaların həyatı təhlükədədir- SƏBƏB - FOTO

Ukrayna dairəsi
Ukrayna dairəsi

Bura “Ukrayna dairəsi” yanında yerləşən “İST Petrol”un ətrafıdır. Səki olmadığı üçün piyadalar yanacaq doldurma məntəqəsinin (YDM) içi ilə gedirlər.

AzPost bildirir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

Həmçinin maşınlar isə işıqforun qırmızı işığında durmamaqdan ötrü YDM-in ərazisinə girib o biri tərəfdən keçib gedirlər. Bu da piyadaların yolunu ikiqat çətinləşdirir.

Ukrayna dairəsində yol hərəkətinin təkmilləşdirilməsi zamanı bu problem də nəzərə alınmalı idi.

Lakin qeyd edilən problem qalmaqdadır.

Qeyd edək ki, YDM-lərin əksəriyyətində oxşar vəziyyətdir. Səkilər olmadığı üçün piyadalar rahat şəkildə hərəkət edə bilmirlər.

Xatıladaq ki, dairə bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmir olunub.

Agentliyin məlumatdında deyilir ki, təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, 7500 kv.m sahədə qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və profilə salınması üçün həmin hissələr asfaltlanıb. Bunun ardınca əsas asfaltlanma işlərinə start verilib. Dairəyə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə sadalanan bu işlər 28 min kv.m sahəni əhatə edib.

Dairədə aparılan işlər zamanı kəsişən yollardan dairəyə rahat giriş-çıxışı təmin etmək üçün yeni yol ayrıcıları inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Bunun ardınca dairə boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Kompleks şəkildə görülmüş bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.

Bu işlərin minimum narahatlıq yaratması üçün Dövlət Agentliyi tərəfindən işlər dairədə iki mərhələ çərçivəsində həyata keçirilib. Növbəti mərhələdə Məhəmməd Hadi küçəsinin Həzi Aslanov metrostansiyasının qarşısından keçən hissəsinin yaxın günlər ərzində əsaslı şəkildə yenidənqurulması işlərinə başlanılacaq.

Ümumilikdə Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.