Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Ölkədə dərslər onlayn keçiriləcək?

Orkhan Ali 25 Fevral 2025 - 14:24 (Last updated: 21 May 2025 - 20:15)
2

Bakı kimi böyük şəhərlərdə, qış aylarında qarın yağması və yolların buz bağlaması şəhər həyatını əhəmiyyətli dərəcədə çətinləşdirir. Bu, xüsusilə məktəblərə və universitetlərə müntəzəm gedib-gələn şagirdlər və tələbələr üçün problemə çevrilir. Buna görə də Azərbaycanda bir sıra universitetlərdə dərslər onlayn formatda keçirilir.

Bildiyimiz kimi, pandemiya dövründə də ölkəmiz distant təhsil praktikasından keçib.

Görəsən, bu format sadəcə zəruri hallarda yox, adi günlərdə də tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, son günlərdə müşahidə olunan hava şəraiti universitetlərdə ən azı həftədə 2-3 gün onlayn təhsil tətbiqinin zəruriliyini sübut etdi.

Onun sözlərinə görə, metro və avtobusların boş olması, şəhərdə hərəkətin xeyli azalması bu məsələnin nə qədər vacib olduğunu aşkara çıxardı. Ekspert qeyd edib ki, dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələr artıq qar, yağış və digər hava şəraitindən asılı olmayaraq, universitetlərdə hibrid təhsil modelinə keçid ediblər:

“Məsələn, ABŞ, Kanada, Almaniya və Finlandiya kimi ölkələrdə bir çox universitetlər həftədə bir neçə gün dərsləri onlayn formatda təşkil edir. Bu, tələbələrə daha rahat və çevik təhsil almağa imkan yaratmaqla yanaşı, şəhər infrastrukturuna və nəqliyyat sisteminə düşən yükü də azaldır”.

K.Əsədov vurğulayıb ki, onlayn təhsilin müəyyən günlərdə tətbiqi xüsusilə qış aylarında və pis hava şəraitində tələbələrin rahatlığını təmin edə bilər:

“Onlayn tədris sistemi ilə tələbələr hər gün kilometrlərlə yol qət etmək, qarlı və buzlu yollarda hərəkət etmək məcburiyyətində qalmayacaqlar. Həmçinin, bu, universitetlərin kommunal xərclərini azaltmağa, auditoriya yükünü optimallaşdırmağa və texnoloji imkanları daha geniş tətbiq etməyə kömək edə bilər. Bundan əlavə, tələbə sayının ictimai nəqliyyatda sıxlıq yaratması və şəhərdaxili hərəkətə mənfi təsir göstərməsi də nəzərə alınmalıdır. Universitetlərdə dərslər tamamilə ənənəvi formatda keçirildikdə, səhər və axşam saatlarında avtobus və metroda sıxlıq kəskin şəkildə artır. Bu yalnız tələbələrin deyil, işə gedən digər vətəndaşların da rahatlığını məhdudlaşdırır və nəqliyyatın iflic olmasına səbəb olur. Xüsusilə BDU, ADNSU, ADPU, UNEC kimi böyük universitetlərin yerləşdiyi ərazilərdə səhər saatlarında ciddi tıxaclar yaranır. Artıq bir sıra dərslərin onlayn olması hərəkət sıxlığının azalmasına gətirib çıxaracaq, bu da ictimai nəqliyyatda yükü azaldacaq və şəhərin ümumi hərəkət sistemini daha rahat edəcək. Universitetlərin həftənin müəyyən günlərində distant təhsil sisteminə keçməsi nəqliyyatda sərnişin axınının daha balanslı olmasını təmin edəcək və səhər saatlarında yollarda tıxacları minimuma endirəcək.

Hazırda ölkəmizdə universitetlərin böyük əksəriyyəti onlayn tədris imkanlarına malikdir. Pandemiya dövründə universitetlər onlayn dərs keçmək üçün zəruri texniki bazanı yaratdılar və bu sistem effektiv şəkildə işlədi. Bəs niyə bu imkanlardan indi istifadə olunmur? Onlayn dərslər təkcə pandemiya zamanı yox, tədris prosesinin bir hissəsi kimi sistemli şəkildə tətbiq edilməlidir”.

Mütəxəssis təklif edib ki, tələbələrin rahatlığı və təhsilin keyfiyyətini qorumaq üçün universitetlərdə həftədə ən azı 2-3 gün distant dərslərin keçirilməsi rəsmi qaydada tətbiq olunsun:

“Bu, təkcə hava şəraiti ilə bağlı deyil, həm də müasir dövrdə təhsilin daha çevik və əlçatan olması üçün vacib addımdır. Nəqliyyat yükünün azalması, tələbələrin vaxta qənaət etməsi, şəhərdə tıxac və sıxlığın azalması və universitetlərin daha effektiv idarə olunması baxımından bu, müasir təhsil sisteminin zəruri tələblərindən biri olmalıdır. Bu yanaşma yalnız tələbələr üçün deyil, bütün şəhər sakinləri üçün də daha rahat və səmərəli nəqliyyat infrastrukturunun formalaşmasına kömək edəcək”.

Post navigation

Previous: Dünyanın ən güclü pasportları: Azərbaycan neçəncidir?
Next: Rövşən Əsgərov beynəlxalq axtarışa verildi

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. Hanoyun Noi Bai Beynəlxalq...
Read more about İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi putin valday
  • Dünya

Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

User 19 Noyabr 2026 - 17:12
“Krım körpüsünə hücumlardan sonra heç bir razılaşma olmayacaq” – Putin putin
  • Dünya

“Krım körpüsünə hücumlardan sonra heç bir razılaşma olmayacaq” – Putin

User 19 Noyabr 2026 - 17:05
ABŞ İrana hücum etməkdən niyə çəkinir? – “Axios” abs iran savas
  • Dünya

ABŞ İrana hücum etməkdən niyə çəkinir? – “Axios”

User 19 Noyabr 2026 - 16:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.