Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?

Orkhan Ali 25 Fevral 2025 - 20:24 (Last updated: 21 May 2025 - 20:15)
turist

turist

2025-ci ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 172.6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, gələnlərin 24 faizi Rusiya Federasiyası, 18.3 faizi Türkiyə, 9.9 faizi Hindistan, 8.7 faizi İran, 5 faizi Gürcüstan, 3.6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 3.2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 3.1 faizi Pakistan, 2.2 faizi Küveyt, hər birindən 1.7 faiz olmaqla Türkmənistan və Özbəkistan, 1.5 faizi Çin, 1.4 faizi Ukrayna, 1.2 faizi İsrail, 1.1 faizi Oman, 10.2 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 71.9 faizini kişilər, 28.1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3.9 dəfə, Çindən – 2.2 dəfə, Tacikistandan – 2.1 dəfə, İspaniyadan – 1.9 dəfə, Hindistandan – 1.7 dəfə, İordaniyadan – 1.7 dəfə, Misirdən – 42.9 faiz, Niderlanddan – 30.4 faiz, Qırğızıstandan – 27.2 faiz, Pakistandan – 25.6 faiz, ABŞ-dan – 23.7 faiz, Yəməndən – 21.5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 20.4 faiz, Türkmənistandan – 16.7 faiz, Qazaxıstandan – 15.5 faiz, Fransadan – 13.9 faiz, İtaliyadan – 11.7 faiz artıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7.3 faiz artaraq 5.1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5.4 faiz azalaraq 33.2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4.8 faiz azalaraq 58.4 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 17.3 faiz artaraq 75.9 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71.5 faizi hava, 26.4 faizi dəmir yolu və avtomobil, 2.1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 4.3 faiz artaraq 154.1 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36.5 faiz, Gürcüstana gedənlərin sayı 15.1 faiz, Türkiyəyə gedənlərin sayı 2.9 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 27.3 faiz azalıb. Azərbaycan vətəndaşlarının 36.1 faizi Türkiyəyə, 15.4 faizi Rusiyaya, 11.7 faizi Gürcüstana, 10.7 faizi İrana, 26.1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67.1 faizini kişilər, 32.9 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67.7 faizi hava, 29.8 faizi dəmir yolu və avtomobil, 2.5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Post navigation

Previous: Bəylər Əyyubova müavin təyin edildi
Next: Ukraynanın bərpa xərcləri üçün rekord rəqəm

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.