Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

ChatGPT gül şəkli çəkə bilmir

Orkhan Ali 29 İyun 2025 - 22:43 (Last updated: 29 İyun 2025 - 11:56)
ChatGPT

ChatGPT

Süni intellekt sürəti və məlumat bazasının geniş olması ilə bir çox hallarda insanları üstələsə də, hələ də onun fəaliyyətində məhdudiyyətlər var.

Ölkə.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda süni intellektin gül şəkli çəkə bilmədiyi qeyd olunub.

Fərqli ölkələrdən olan insanlar öz dillərində ChatGPT-dən gül şəkli çəkməyi istəsə də, süni intellekt bu xahişi yerinə yetirə bilmir. Səbəbini soruşduqda isə bunun məzmun siyasətinə uyğun olmadığı bildirilir. O özü də bu problemi “yanlışlıq” kimi qiymətləndirir:

“Bağışla, amma mən gül şəklini yarada bilmədim, çünki bu sorğu bizim məzmun siyasətimizə uyğun gəlmədi.

Mənim yaratdığım şəkillər müəyyən məzmun siyasətinə uyğun olmalıdır. Sənin sorğunda konkret olaraq nə problem olduğunu dəqiq bilmirəm, amma bəzən müəyyən açar sözlər və ya təriflər avtomatik olaraq məhdudiyyətə düşə bilər.

Bu bir az qəribə görünə bilər. Əslində, mənim sistemim bəzən müəyyən açar sözləri və ya təsvirləri yanlışlıqla məzmun siyasətinə uyğun olmayan kimi qəbul edə bilər. Bu tam olaraq niyə baş verdiyini bilmirəm, amma belə hallar nadirən də olsa baş verə bilər”.

Daha bir maraqlı məqam isə ChatGPT-nin dolu qədəh fotosu çəkə bilməməsidir.

Kiçik bir araşdırma apardıqda məlum olur ki, bu, internet məlumatlarının əksəriyyətində qədəh fotolarının tam dolu olmaması ilə bağlıdır:

“Cavab AI-nin necə öyrənməsindədir. Süni intellekt təsəvvür edə bilmir. O, milyardlarla təsvirdən nümunələr çıxarır və statistik cəhətdən ehtimal olunan bir şeyi yenidən qurur. Təlim məlumatlarında ən çox şərab şüşələrinin üçdə ikisi doludursa, bu, reallığa çevrilir”.

Buradan belə qənaətə gəkmək olar ki, süni intellekt öz təsəvvürü olmadığı üçün heç vaxt tam mənada insanı əvəz edə bilməz. O, etiraf edir ki, yaradıcılıq, sənət, emosional zəka və empatiya tələb edən işlərdə heç vaxt insanın yerini tuta bilməyəcək.

AzPost.az

Post navigation

Previous: Alma sirkəsi qan təzyiqini aşağı salır?
Next: Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli –

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.