İpoteka Və Kredit Zəmanət Fondunun elan etdiyi tender yekunlaşıb. AzPost etender.gov.az-a istinadla xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 1969-cu məhəllədə yerləşən inzibati binaya dair tikinti layihəsi üzrə işlər elan olunan tenderin “MAKSIMUS” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Fond təmir üçün şirkətə 17.804.626,9 AZN pul ödəyəcək.
Xatırladaq ki, Azərbaycanda yaşayış və qeyri-yaşayış binaların tikintisi ilə məşğul olan “MAKSIMUS” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə təsis edilib, Sumqayıtda dövlət qeydiyyatına alınıb. 10 manatlıq nizamnamə kapitalı Muxtar Gülməmmədov Əşrəf oğluna məxsusdur.