Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Tullantı sularının təkrar istifadəsi ilə bağlı qaydalar təsdiq ediləcək

Orkhan Ali 04 Mart 2025 - 16:46 (Last updated: 21 May 2025 - 20:15)
2

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

AzPost xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 iyul tarixinə qədər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən tullantı sularının təkrar istifadəsi ilə bağlı (təmizlənmiş suyun istifadəsi üçün təlimatlar, tullantı sularının keyfiyyəti limitləri və emal prosesi) beynəlxalq təcrübənin araşdırılması, təkliflərin hazırlanması və Komissiya Katibliyinə təqdim edilməsi planlaşdırılır.

 

Eyni zamanda cari ilin 1 sentyabr tarixinə qədər tullantı sularının təkrar istifadəsi ilə bağlı qaydaların müəyyən edilərək Komissiyanın Katibliyi ilə razılaşdırıldıqdan sonra təsdiq olunması gözlənilir.

Qeyd edək ki, bu ilin 1 aprel tarixinə qədər ADSEA -nın internet səhifəsində su şəbəkəsinə qoşulma üzrə üzrə statistik məlumatların yerləşdirilməsi üçün xüsusi bölmənin yaradılması, həmin bölmədə aylıq, rüblük və illik məlumatların ictimaiyyətlə paylaşılması, həmçinin internet səhifəsində baş vermiş “Qəzalar barədə məlumat ver” bölməsi yaradılması və məlumatların yenilənməsi nəzərdə tutulub. Həmçinin, Elektron Su Portalında (e-su.az) qoşulmalar üzrə müraciətlərin elektron qaydada “bir pəncərə” prinsipi ilə qəbulu imkanlarının yaradılması planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Su şəbəkəsinə qoşulma işçi qrupu”na rəhbərliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov həyata keçirir.

Post navigation

Previous: Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb
Next: Aqrar Xidmətlər Agentliyinin tenderi ləğv edildi

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.