Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Maraqlı

Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli –

Orkhan Ali 29 İyun 2025 - 23:00 (Last updated: 29 İyun 2025 - 11:54)
kommunist-elita-80-lər

Azərbaycanın sovet dövrünün tarixi fotolarda və yaddaşda qalıb.

AzPost “FOTOXRONİKA” layihəsi çərçivəsində oxuculara bu fotonu təqdim edir.

1986-cı ildə çəkilmiş bu fotoda Azərbaycan SSR-in kommunist partiyasının siyasi elitası əks edilib.

Şəkildə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini Artur Rəsizadə, Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Fuad Musayev,  Şəki Şəhər Partiya Komitəsinin birinci katibi Hadı Rəcəbli, Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi Afiyəddin Cəlilov, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi Nurəddin Mustafayev, Azərbaycan KP MK-nin katibi Ramiz Mehdiyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi  İsa Məmmədov, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Lidiya Rəsulova və digərləri əks edilib.

Foto mükafatlandırma mərasimindən sonra çəkilib.

Yeni rəhbər Mixail Qorbaçovun SSRİ-də başlatdığı yenidənqurma bir neçə ildən sonra siyasi elitada tam fərqli mənzərə yaratdı.

Bu proses sonda Sovet İttifaqının süqutu, müstəqil Azərbaycanın yaranması ilə yekunlaşdı.

Foto çəkdirənlərin isə ən müxtəlif tale yaşadılar.

Şəkildə ayaq üstə duranlardan 2-ci Artur Rəsizadə uzun illər Azərbaycanın Baş naziri postunu tutdu. 3-cü dayanan Fuad Musayev 90-ların siyasi dəyişiklərinin ağrılı prosesini yaşadı, AFFA-nın prezidenti oldu, oradan istefa verdi və ictimai-siyasi həyatı tərk elədi. Sırada 5-ci olan Hadi Rəcəbli də müstəqil Azərbaycanda siyasi karyerasını bərpa edə bildi. O, bir neçə dəfə Milli Məclisin deputatı mandatını daşıdı.

Afiyyədin Cəlilovun həyatı faciəvi bitdi. Milli Məclis Sədrinin birinci müavini postunu tutan Cəlilov 1994-cü ildə sui-qəsd nəticəsində öldürüldü. Oturanlardan 3-cüsü Nurəddin Mustafayev isə siyasi sistemdə yer ala bilmədi. Əvvəlcə “Ağrıdağ” Cəmiyyətinin lideri kimi siyasi karyera qurmağa cəhd etsə də bu baş tutmadı. 5-ci yerdə duran İsa Məmmədov da yeni Azərbaycanın siyasi həyatına dönə bilmədi. Onun da həyatı da faciəvi şəkildə qırılıdı. 2007-ci ildə avtomobil qəzasında həlak oldu.

Fotoda əks olunan Lidiya Rəsulova  müstəqil Azərbaycanda təhsil naziri oldu. 2012-ci ildə vəfat etdi.

Fotoda ən uzunömürlü siyasi karyeranı Ramiz Mehdiyev yaşadı. Sovet Azərbaycanının kommunist idelogiyasına cavabdeh olan Mehdiyev prinsiplərinə yad olan müstəqil Azərbaycanın siyasi elitasında  yerini tuta bildi. 1995-ci ildən 2019-cu ilə qədər Azərbaycan siyasi idarəçiliyində mühüm postlar tutan Ramiz Mehdiyev daha sonra istefaya göndərildi.

AzPost.az

Post navigation

Previous: ChatGPT gül şəkli çəkə bilmir
Next: Gözdəymədən necə qorunaq? 

Oxşar xəbərlər

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.