Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Gözdəymədən necə qorunaq? 

Orkhan Ali 29 İyun 2025 - 23:21 (Last updated: 29 İyun 2025 - 11:54)
Gözdəymə

Gözdəymə

Bəzən həyatımızda işlərimizin qəfil tərsinə döndüyünü görürük. Çoxları bunu gözdəymə ilə əlaqələndirir. 

Bəs gözdəymə həqiqətən varmı, yoxsa bu sadəcə inancdır?

Mövzu ilə bağlı Ölkə.az-a danışan ilahiyyatçı Fərid Abdullah bildirib ki, gözə gətirmə ciddi məsələdir.

Onun sözlərinə görə, rəvayətlərdə də buna dair müvafiq dəlillər var:

“Gözə gətirmək kimi əməllər nəfsani mənşəli hesab edilir. Bir sözlə, bəzi nəfslər bədənlərindən kənara təsir edə bilirlər. Bəzən yol gedəndə nə isə hiss edirik. Dərhal başımızı qaldıranda eyvandan bizə kiminsə baxdığını görürük. Yaxud avtobusda gedəndə nə isə hiss edirik, üzümüzü çevirəndə isə kiminsə baxdığını görürük. Həm sünnilərin, həm də şiələrin hədis kitablarında gözdəyməni təsdiq edəcək çox sayda nəqllər mövcuddur. Müasir dövrümüzdə Qələm surəsinin axırıncı ayəsi ən çox yazılan Quran ayələrindəndir. İnsanların çoxu bu ayələri gözdəymə əleyhinə yazıb, üzərlərində daşıyırlar. Buna baxmayaraq bəzi insanlar var ki, gözdəyməni xurafat bilir və ona etina etmirlər”.

İlahiyyatçının fikrincə, elm inkişaf etdikcə insanın hansı potensiala malik olması da üzə çıxır:

“Amma bu bacarıq hər kəsdə bərabər və eyni deyil. Bəzi insanlar da daha güclüdür. Müasir məktəblər insan düşüncələrinin materiayaya çevrilə biləcəyi barədə çoxsaylı dəlillər gətiriblər. Artıq bu, qəbuledilən məsələdir. Xacə Nəsrəddin Tusi deyib ki, İbn Sina gözə gətirməni zənni işlərdən hesab edib. Amma Mola Sədra belə düşünüb ki, bəzi kəslərdə vəhmi qüvvə o həddə çata bilər ki, xarici maddələrə təsir edə bilər. Gözəgətirmə də buna aiddir. Bəzi elm adamları isə hesab edirlər ki, gözdə təcrübə yolu ilə inkişaf etdirilə bilən maqnit qüvvəsi var. Gözə gətirmə qeyri-ixtiyari bir haldır. Gözə gətirmənin daha çox həsəd hissi ilə yaxınlığı var. Əhli-beyt məktəbinin hədis kitablarında gözdəymədən qorunmaq üçün Fələq və Nas surələrini, Ayətül Kürsünü oxumaq tövsiyə edilib. Nəticə olaraq deyə bilərik ki, bu məsələni təsdiq edənlər də var, inkar edənlər də”.

AzPost.az

Post navigation

Previous: Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli –
Next: İnsanların çoxunun hər gün içdiyi ən təhlükəli çay növü

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.