Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Buraxılış imtahanının sualları çətin salınıb?

Orkhan Ali 10 Mart 2025 - 22:34 (Last updated: 21 May 2025 - 20:15)
Buraxılış imtahanının sualları

Buraxılış imtahanının sualları

Martın 9-u Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Ölkə.az xəbər verir ki, imtahan prosesində iştirak edən abituriyentlərin bir qismi sualların həddindən artıq çətin olduğunu, hazırlığa getməyən heç kəsin yaza bilməyəcəyini söyləyiblər.

İngilis dilindən sualların çox çətin olduğunu deyən abituriyentlər də az deyil.

Bir həftə öncə keçirilən buraxılış imtahanının martın 9-da keçirilənə nisbətdə asan olduğu da vurğulanıb.

Ötən gün imtahan prosesində iştirak edən abituriyent Nicat Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, uşaqların çoxu riyaziyyat fənnindən çətinlik çəkib:

“Bizə dərsdə keçilən, imtahana düşmə ehtimalı olan sualların heç birini buraxılış imtahanında görmədim. Uşaqların çoxu riyaziyyatda çətinlik çəkib. Mənə Azərbaycan dili və ingilis dilindən suallar gözlədiyimdən asan gəldi. Variantlar fərqli, sualların yerləri dəyişik olduğu üçün köçürmək istəyənlər də köçürə bilmirdilər”.

Suallar barədə öz fikirlərini bölüşən elm və təhsil üzrə ekspert, “ELM” ictimai birliyinin sədri Səbuhi Abdullayev qeyd edib ki, ötən həftə keçirilən imtahana nisbətən martın 9-da keçirilən imtahan daha çətin olub:

“İki və doqquz mart tarixləri arasında keçirilən imtahanlarda əsas fərq ondan ibarət idi ki, martın 9-u keçirilən imtahanda açıq suallar, xüsusən də riyaziyyat fənni ilə bağlı açıq test tapşırıqları martın 2-də keçirilən imtahana nisbətən çətin salınıb.

Bu il birinci kursda təhsil alan tələbələr ilə fikir mübadiləsi apardıqda aydın olur ki, cari ildə keçirilən imtahanlar ötən ilkinə nisbətən daha çətin olub. Bunu tələbələr və şagirdlər deyil, elmi praktiki təhlillər də göstərəcək ki, ötən il buraxılış imtahanlarında 53 nəfər 300 bal toplamışdısa, bu il say kifayət qədər aşağı olacaq. Bu da imtahanın ötən illə müqayisədə çətin olduğunu deməyə əsas verəcək”.

Post navigation

Previous: Baş həkimə məktubla güllə göndərən şəxs cəzalandırıldı
Next: Zelenski Ağ Evdəki mübahisəyə görə Trampdan üzr istəyib –

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
“Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində,...
Read more about “Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.