Bu küçədə avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan 23:00-a qədər Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinə qədər olan hissəsində tam məhdudlaşdırılacaq.

AzPost bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.