Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Dövlət qurumları bu sənədləri kağız formasında tələb etməməlidir –

Orkhan Ali 11 Mart 2025 - 18:00 (Last updated: 21 May 2025 - 20:15)
1741696738_64c8db149ac6464c8db149ac65169088488464c8db149ac5f64c8db149ac62

“Baxıram ki, bəzi dövlət qurumları, onların tabeliyində olan media qurumları yenə də dayanmadan dövlət xidmətləri əldə etmək üçün vətəndaşlardan hansısa kağız sənədlərin, onların surətlərinin vacibliyini təbliğ edirlər”.

AzPost xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib. O, dövlət qurumlarının bu cür davranışına irad tutub:

“Kənardan baxanda elə təsəvvür yaranır ki, sanki ölkədə rəqəmsallaşmanın əsər-əlaməti yoxdur.

Hansı ki, artıq ölkədə hətta nigah, doğum şəhadətnaməsi bir anda “myGov”da rəqəmsal formada reallaşır. Amma digər dövlət qurumu isə hələ də bu xidmətlər üçün min cür sənəd və onun kopiyasının tələb olunduğu haqqında bilgilər paylaşır. Bu, doğru bir yanaşma deyil. Gərək dövlət qurumları ölkədə gedən rəqəmsal transformasiyaya adekvat addımlar atsın.

Artıq onlarla, yüzlərlə sənədlər var ki, onlar tam rəqəmsaldır. Çox sayda xidmətlər rəqəmsallaşıb və “myGov”da əlçatandır. Yəni hansısa sənədi, onun surətini fiziki olaraq təqdim etmək əvəzinə, elə “myGov”dan həmin sənəd haqqında məlumatı təqdim etmək, yaxud xidməti tam olaraq əldə etmək imkanı var. “myGov”dakı məlumat, sadəcə məlumat deyil, artıq rəsmi sənəddir”.

O.Gündüz rəqəmsal versiyaları artıq tam hüquqi status əldə edən sənədlərin siyahısını da paylaşıb:

“Şəxsiyyət vəsiqəsi;

Doğum haqqında şəhadətnamə;

Ölüm haqqında şəhadətnamə;

Nikah haqqında şəhadətnamə;

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar;

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;

İş icazəsi;

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;

Qaçqın vəsiqəsi;

İşçinin vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsi və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə;

Şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi barədə qərarlar, fərdi məşğulluq proqramı və fərdi məşğulluq vərəqi;

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı Annuitet və icbari sığorta müqavilələri;

Təhsil haqqında dövlət sənədi;

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən arayış;

Sürücülük vəsiqəsi;

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon;

Ünvanlı dövlət sosial yardımının təyin olunması və təyin olunmasından imtina edilməsi barədə qərarlar;

Müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina barədə qərarlar;

Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, təyin edilməsindən imtina olunması, bərpası, dayandırılması və əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi barədə qərarlar;

Şəxsin əlilliyinin müəyyən olunmasına və imtinaya dair qərarlar;

Vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlər;

İcbari sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsi üçün təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişi;

Könüllü və icbari sığorta şəhadətnamələri;

Hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik;

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;

Lisenziya və icazələr”.

Post navigation

Previous: Həkim yazda sızanaqların niyə daha çox göründüyünü izah edib
Next: Sertifikasiya imtahanı verəcək bütün müəllimlərin NƏZƏRİNƏ!

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.