Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Sertifikasiya imtahanı verəcək bütün müəllimlərin NƏZƏRİNƏ!

Orkhan Ali 11 Mart 2025 - 18:22 (Last updated: 21 May 2025 - 20:15)
1741695525_1741694233_7a008a21-d183-44ba-a07a-89f84802e334_2021-01-22-11-13-560koiwi1tvvheaohi9ds0_file

Məlum olduğu kimi, müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 10 sual metodika və pedaqogika üzrə olacaq.

AzPost xəbər verir ki, Təhsil İnstitutunun “Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi”nə əsasən test imtahanında hüquqi savadlılıq mövzusuna dair 1, metodiki səriştəlilik mövzusu üzrə 5, pedaqoji və psixoloji yanaşmalar mövzusuna dair isə 4 sual salınacaq.

Məzmun sahələri üzrə mövzular aşağıdakı kimidir:

1. Hüquqi savadlılıq

– Təhsil qanunu (12, 13, 17-ci maddələr);

– Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunu (9, 11, 13, 21, 22, 23, 24, 27, 28-ci maddələr);

– Fənn kurikulumlarına aid əsas terminlərin təsviri (məzmun xətləri, məzmun standartları, inteqrasiya və s.);

– Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər, şəxsiyyətyönümlü təhsil, inklüziv təhsil və s.);

– Müəllimlərin etik davranış qaydaları.

2. Metodiki səriştəlilik

2.1. Təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili

– XXI əsr bacarıqları və kompetensiyaları (problem həlletmə, qərarvermə və s.);

– Təfəkkürün növləri (məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və s.);

– Metakoqnitiv bacarıqların formalaşdırılması;

– Bilik, fəaliyyət və onların növləri haqqında ümumi məlumat. Tapşırıqların hazırlanmasında bilik və fəaliyyət növlərinin tətbiqi;

– B. Blumun “İdrak taksonomiyası” və təlimdə tətbiqi;

– Psixomotor və emosional-affektiv taksonomiyalar və təlimdə tətbiqi;

– İllik və gündəlik planlaşdırma (təlim nəticələri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və s.);

– Şagirdyönümlü (interaktiv) təlimin təşkili: dərsə cəlbolunma (motivasiya), sual-cavab və müzakirələrin təşkili, əməkdaşlıq, refleksiya və s;

– Müəllimin fasilitasiya bacarığı;

– Təlimin forma və modelləri (birbaşa, layihə əsaslı (PBL), oyunəsaslı, problem əsaslı, araşdırma, sorğu əsaslı, sinxron və asinxron və s.);

– Təlim strategiyaları, texnika və üsullar (BİBÖ, Klaster, Anlayışın çıxarılması, Beyin həmləsi, Ziqzaq, 3-2-1, Karusel, Sinektika, Debat, İnsert, Simulyasiya və rollu oyunlar, Frayer modeli, Venn diaqramı, Auksion, Qərarlar ağacı, Qar topası, Sinkveyn, Proqnozlaşdırma, Müzakirə üsulları (Müzakirə xəritəsi, Akvarium, Sokrat dialoqu), Əşyaların qeyri-adi istifadəsi, İnsident üzərində iş, “Nə olardı əgər?”, “Mən kiməm?”, 4N1KH, Qızıl dairə, Blum kubu, Debat, Sinif küncləri, Düşün-çütləş-bölüş);

– Şagirdyönümlü (interaktiv) təlimdə iş formaları;

– İnklüziv təhsil;

– Təlimdə diferensial yanaşma;

– Öyrənmə tərzləri.

2.2. Qiymətləndirmə (ölçmə və dəyərləndirmə)

– Qiymətləndirmənin növləri (məktəbdaxili, milli, beynəlxalq);

– Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ – kiçik, böyük);

– Qiymətləndirmə meyarları;

– Formativ qiymətləndirmənin təşkili. Rubriklərin növləri. Effektiv əks-əlaqə (konstruktiv, yekunlaşdırıcı və s.);

– Beynəlxalq qiymətləndirmə (TIMSS, PIRLS, PISA və s.).

3. Pedaqoji və psixoloji yanaşmalar

3.1. Pedaqoji və psixoloji nəzəriyyələr

– H. Qardner – “Çoxnövlü zəka” nəzəriyyəsi;

– J. Piaje – “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi;

– L. Vıqotski – “Sosial inkişaf” nəzəriyyəsi, “Yaxın inkişaf zonası” anlayışı;

– K. Dvek – “Düşüncə tərzi” nəzəriyyəsi;

– L. Kolberq – “Mənəvi inkişaf” nəzəriyyəsi;

– R. Qanye – “Öyrənmənin şərtləri” nəzəriyyəsi;

– D. Qoulman – “Emosional zəka” nəzəriyyəsi;

– K. Yunq – “İntrovert və ekstravert şəxsiyyət”;

– Şəxsiyyətin formalaşdırılması və inkişafı, məktəbin və müəllimlərin rolu.

3.2. Sinifdə sağlam psixososial mühitin yaradılması

– Sosial-emosional öyrənmə;

– Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri, təhlükəsiz öyrənmə mühiti;

– Sinfin idarəedilməsi mexanizmləri və strategiyalar (buzqıranlar);

– Sinif otağının öyrətmə və öyrənmə mühitində funksiyası;

– Effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləri;

– Şagird davranışının idarə olunması;

– Qısnama (bullinq).

Qeyd edək ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. İştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və s. bacarıqları praktik və situativ suallarla ölçülür.

Post navigation

Previous: Dövlət qurumları bu sənədləri kağız formasında tələb etməməlidir –
Next: Bakı-Sumqayıt qatarlarının bayram qrafiki açıqlandı

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.