Naxçıvanda qazıntı işləri suyun kəsilməsinə səbəb oldu

su
su

Naxçıvan şəhərində su xəttində qəza vəziyyəti yaranıb.

Naxçıvan Su-kanal İdarəsindən AZƏRTAC-a bildirilib ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazlərin müəyyən ünvanlarına suyun verilməsində fasilələr yaranıb.

Xətdə bərpa işlərinin gün ərzində yekunlaşdırılması və içməli suyun verilişinin bərpası nəzərdə tutulub. Hazırda Naxçıvan Su-kanal İdarəsinin əməkdaşları ərazidə qazıntı işləri həyata keçirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.