Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Dünya

Yeni araşdırma: Dünya əhalisi yanlış hesablanır?

Orkhan Ali 25 Mart 2025 - 16:45 (Last updated: 21 May 2025 - 20:15)
Dünya əhalisi

Dünya əhalisi

Dünya əhalisi həqiqətən 8,2 milyarddır, yoxsa əslində bu rəqəm xeyli daha çox ola bilər? Yeni tədqiqatlar xüsusilə elektrik olmayan kənd yerlərində əhalinin əhəmiyyətli dərəcədə az hesablandığını iddia edir. Bəs bu niyə bu qədər vacibdir?
Qaynarinfo xəbər verir ki, hazırda rəsmi hesablamalara görə, dünya əhalisi təxminən 8,2 milyarddır. Lakin Finlandiyanın Aalto Universitetində aparılan yeni bir araşdırma bu göstəricinin ciddi şəkildə aşağı ola biləcəyini irəli sürür. Alimlərin fikrincə, xüsusilə kənd yerlərində əhalinin dəqiq qeydə alınmaması qlobal əhali məlumat bazalarında mühüm xətalara səbəb olur.
Aalto Universitetinin tədqiqatçıları geniş istifadə olunan beş qlobal əhali məlumat bazasını (WorldPop, GWP, GRUMP, LandScan və GHS-POP) təhlil ediblər. Nəticələr göstərib ki, kənd əhalisi bəzi hallarda 53-84% arasında az hesablanıb. Hətta 2010-cu ilə aid ən etibarlı hesab edilən məlumat bazaları belə kənd yerlərində yaşayanları 32-77% aralığında az göstərə bilər.
Tədqiqat qrupu eyni dəqiqlik problemlərinin 2015 və 2020-ci illərə aid məlumat bazalarında da mövcud ola biləcəyini bildirir. Hazırda təxminən insanların 43%-i kənd yerlərində yaşayır. Bu rəqəm nəzərə alındıqda, dünya əhalisi ilə bağlı 8,2 milyardlıq rəsmi göstərici əhəmiyyətli dərəcədə aşağı ola bilər.
Tədqiqatın aparıcı müəllifi Yosias Lanq-Ritter bildirib: “Biz qlobal əhali məlumatlarının əhəmiyyətli hissəsinin qeydə alınmadığını müəyyən etdik. Bu nəticələr olduqca diqqətçəkəndir, çünki bu məlumat bazaları minlərlə tədqiqatda və qərarvermə proseslərində istifadə olunur, lakin onların dəqiqliyi sistematik şəkildə qiymətləndirilməyib”.
Qlobal əhali məlumat bazaları adətən peyk görüntüləri və gecə işıqlarının analizi kimi texniki üsullara əsaslanır. Lakin bu metodlar elektrik olmayan əraziləri nəzərə almama riski daşıyır. Məsələn, GRUMP və WorldPop kimi məlumat bazaları bu səbəbdən kənd əhalisini kifayət qədər dəqiq qeydə ala bilmir.
Bu araşdırma mühüm nəticələr ortaya qoysa da, hələlik ümumi qəbul görməyib. Bəzi tədqiqatçılar bildirirlər ki, araşdırma əsasən Çin və Asiya regionlarına fokuslanıb və ətraflı qeydiyyat sisteminə malik digər ölkələr üçün ümumiləşdirmə aparmaq doğru olmaz.
Araşdırma böhran bölgələrində və sənayeləşməmiş kənd yerlərində əhali sayımında ciddi problemlərin mövcud olduğunu açıq şəkildə göstərir. Bu çatışmazlıqlar, əhali məlumatlarının siyasət formalaşdırılması, resursların planlaşdırılması və humanitar yardım layihələri üçün nə qədər vacib olduğunu bir daha xatırladır.
Araşdırma “Nature Communications” jurnalında dərc edilib və qlobal əhali hesablamalarının yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu vurğulayır.

Post navigation

Previous: “Fənərbağça” bu ulduzunun maaşını azaldacaq
Next: “Hq” ləqəbli tiktokerə 10 sutkalıq CƏZA

Oxşar xəbərlər

rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.