Yerdə maqnit qasırğası başlayıb

Geomaqnit qasırğası
Geomaqnit qasırğası

Yerin maqnit sahəsində pozuntu qeydə alınıb və artıq orta səviyyəyə çatıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, Yerin maqnit sahəsindəki pozulma səviyyəsi beş göstəricinin monitorinq şkalası üzrə G2 (“orta”) səviyyəsindədir ki, burada G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir.

G2 səviyyəsi o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana bilər. Həmçinin radionaviqasiyada fasilələr və yüksəktezlikli radio rabitəsində pozulmalar baş verə bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.