Martın 17-də Cəlilabad rayon Uzuntəpə kəndində ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın 10 gün sonra xəstəxanada vəfat edib.
AzPost-un “Qafqazinfo”ya istinadən məlumatına görə, Qafil Fikrəddin oğlu Əliyevin özünə məxsus idarə etdiyi avtomobilin idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində xəsarət alan sərnişin Mirzəyeva Kitabə Naib qızı müalicə aldığı Cəlilabad RMX-da ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.