Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Dünyada ən kiçik beynəlxalq körpü

Orkhan Ali 18 May 2025 - 18:03 (Last updated: 21 May 2025 - 20:35)
El-Marko körpüsü

El-Marko körpüsü

Cəmi bir neçə addım ataraq insanlar zaman səyahəti edə bilirlər. İspaniyanın El-Marko kəndi ilə Portuqaliyanın Varzea-Qrande kəndini birləşdirən c, dünyanın ən kiçik beynəlxalq körpüsü sayılır. Avropa ilə Asiyanı birləşdirən və 2023 metr uzunluğunda olan dünyanın ən uzun asma körpüsünün əksinə olaraq, El-Marko körpüsünün uzunluğu cəmi 6 metrdir.

AzPost lent.az-a istinadən bu körpü ilə maraqlı məlumatları sizə təqdim edir:

Oddity Central-ın yazdığına görə, 1,45 metr enində olan taxta El-Marko körpüsünü keçərkən elə bilərsiz ki, sadəcə Qərbi Avropanın kəndində balaca bir arxdan keçirsiniz. Amma bu, belə deyil. Bu bir neçə addımda siz yalnız ölkə deyil, həm də saat qurşağı dəyişirsiniz, çünki İspaniya Mərkəzi Avropa vaxtı (CET/CEST), Portuqaliya isə Qrinviç vaxtı (GMT/BST) ilə yaşayır. Bu, zamanda səyahətin ən asan yolu sayılır. Bir zamanlar bu körpü sadəcə “improvizə olunmuş bir taxta keçid” idi və İspaniya ilə Portuqaliya arasındakı qaçaqmalçılar tərəfindən ticarət üçün istifadə olunurdu. Lakin 2008-ci ildə yerli icmanın vəsaiti hesabına rəsmi olaraq tikilib. Şengen sazişi sayəsində bu gün iki Avropa ölkəsi arasında sərhədi keçmək azad və asandır, ona görə də artıq qaçaqmalçılığa ehtiyac yoxdur.

El-Marko körpüsü
Kiçik ölçüsünə görə, El-Marko yalnız piyadalar və iki təkərli nəqliyyat vasitələri (velosiped, skuter, motosiklet) üçün nəzərdə tutulub. Yerli sakinlər onu gündəlik gediş-gəliş üçün istifadə etsə də, turistlər üçün də məşhur və maraqlı bir məkan sayılır. Xatırladaq ki, dünyanın ən hündür körpüsü Çində yerləşən Beypançzyan körpüsüdür və o, Beypan çayı dərəsinin üzərindən 565 metr hündürlükdə keçərək hündürlükdə dünya rekordu qırır.

AzPost.az

Post navigation

Previous: İt insanın stresini necə azalda bilər? –
Next: Süni intellektin insan sosiallaşmasına zərərli təsiri açıqlandı

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən...
Read more about Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.