Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“İranın bombalanması faciəvi hadisələrə yol aça bilər” –

User 01 Aprel 2025 - 12:09 (Last updated: 21 May 2025 - 20:15)
qudret_hesenquliyevenyeni

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, hazırda insanlarımızı ən çox düşündürən məsələlərdən biri ABŞ-nin İranı bombalamaqla hədələməsi və buna hazırlaşmasıdır. Bunun baş vermə ehtimalı nə qədərdir?

– Trampa İsrail dövlətinin və diasporasının güclü təsiri var. Həm İsrail, həm də ABŞ İran rəsmilərinin açıqlamalarına istinad edərək İranın nüvə dövlətinə çevrilməsini İsarailin mövcudluğuna ciddi təhlükə hesab edirlər. Ona görə də bunun qarşısının alınması üçün ABŞ İranla ikitərəfli danışıqlar tələb edir. İran isə çoxtərəfli danışıqlara hazır olduğunu bildirsə də, ikitərfli danışıqlara razılaşmır. Tramp beynəlxalq birlik tərəfindən ABŞ-nin Ukraynada görsənən gücsüzlüyünü, səbəbindən asılı olmayaraq, ört-basdır etmək üçün İranı bombalaya bilər. İnanıram ki, bunun qarşısını almaq üçün Azərbaycan və Türkiyə İranın bizə münasibətindən asılı olmayaraq nələrsə etməyə çalışır. Dünən Azərbaycan Respublikası Prezidentinin İran prezidenti ilə telefon danışıqları oldu. İranın bombalanması böyük maddi və insani təlafata, proqnozlaşdırılması çətin olan faciəvi hadisələrə yol aça bilər. Ona görə vətəndaşlarımızın soydaşlarımızın da yaşadığı qonşu ölkədə baş verənlərə görə narahat olması başadüşüləndir. İranın dini lideri müdriklik nümayiş etdirib prezident Pezeşkianı müdafiə etməli, ABŞ ilə ikitərəfli danışıqlardan çəkinməməli, müharibədən yayınmalıdır. İran özünü haqlı sayırsa danışıqların hansı formatda keçirilməsinin əhəmiyyəti yoxdur, danışıqlar beynəlxalq birlik üçün açıq həyata keçirilməlidir ki, ABŞ xalqı da kimin haqlı olduğunu görsün. ABŞ 1994-cü ildə Ukraynanın nüvə silahından imtinası qarşılığında onun təhlükəsizliyinə dair çoxtərəfli Budapeşt memorandumunu imzalamışdı, daha doğrusu Ukraynanı buna məcbur etmişdi. Nə oldu? Öhdəliyini yerinə yetirməyəcəksə sazişin neçə tərəfli olmasının heç bir dəyəri yoxdur. İndiki halda isə nəticəsi bəlli olan döyüşə girmək qəhrəmanlıq sayılmaz.

– İranın bombalanması İranda rejim dəyişikliyinə yol aça bilərmi?

– ƏHD Partiyası həmişə qanla rejim dəyişikliyinin əleyhinə olub. SSRİ-nin dağılmasından sonra Azərbaycan da daxil olmaqla Şərqi Avropada, ərəb dövlətlərində baş verənlər göstərdi ki, qanlı və ya rəngli inqilablar yolu ilə baş verən rejim dəyişiklikləri xalqların ümidlərini bir qayda olaraq nəinki doğrultmur, hətta böyük xəyal qırıqlığına uğradır, xalqın özünə inamını sarsıdır. Cəmiyyətin inkişafı, təkamül yolu demoktratik seçkilərə və bu yolla rejim dəyişikliyinə gətirib çıxarmalıdır. ABŞ İraqı, Əfqanıstanı işğal edib trilyonlarla dollar vəsait xərcləsə də on illər ərzində həmin ölkələrdə demokratik, hüquqi dövlət qura bilmədi. ABŞ İranda hakimiyyəti dəyişib ərəb ölkələrindəki kimi özünə yaxın bir rejim yaratmağı düşünə bilər. Proseslərin necə inkişaf edəcəyini indidən söyləmək çətindir. Ümid edək, Allaha dua edək ki, İran dövləti daxili və xarici siyasətində dəyişikliklərə və beləliklə də orda yaşayan xalqların inkişafına və rifahına yol açacaq ciddi islahatlara getsin, müharibədən və inqilablardan yayınmaq mümkün olsun.

Post navigation

Previous: Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb
Next: Azərbaycanda bu gündən yeni qadağa qüvvəyə minir

Oxşar xəbərlər

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
islahat
  • Siyasət

2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

User 06 Noyabr 2026 - 12:23
erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.