Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ idxal olunan bütün məhsullara rüsum tətbiq edəcək

User 03 Aprel 2025 - 10:18 (Last updated: 21 May 2025 - 20:15)
tramp rusum

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan bütün məhsullara azı 10 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb.

“CNN” xəbər verir ki, bu barədə o, canlı müraciəti zamanı deyib. Tramp ABŞ ilə ticarət kəsiri ən yüksək olan ölkələrə tətbiq ediləcək rüsumun daha çox olacağını bildirib. Yalnız ABŞ, Kanada və Meksika arasında azad ticarət sazişinə daxil olan məhsullar istisna ediləcək.

İstisna edilməyən məhsullara 25 faiz vergi tutulmağa davam edəcək. Digər ölkələrdən idxal edilən məhsullara tariflər aprelin 5-i saat 00:01-dən qüvvəyə minəcək.

Cədvəldə iki əsas göstərici var:
1. “Tariffs Charged to the U.S.A.” – Həmin ölkənin ABŞ mallarına tətbiq etdiyi tarif və ticarət məhdudiyyətlərinin ümumi faizi.
2. “U.S.A. Discounted Reciprocal Tariffs” – ABŞ-ın həmin ölkədən gələn mallara tətbiq etdiyi qarşılıqlı (amma endirimli) tarif faizi.
Azərbaycana aid olan hissə:
– Tariffs Charged to the U.S.A. – 10%
– U.S.A. Discounted Reciprocal Tariffs – 10%
Bu o deməkdir ki:
– Azərbaycan ABŞ-dan gələn məhsullara 10% tarif tətbiq edir.
– ABŞ da Azərbaycandan gələn məhsullara eyni dərəcədə (10%) tarif tətbiq edir.
Bu, bərabər və qarşılıqlı (reciprocal) bir tarif münasibəti hesab olunur.
Diqqət çəkən ölkələr:
-Lesotho – 99% / 50%
– Mauritius – 80% / 40%
– Sint Maarten, Albania, Armenia, Georgia və s. – 10% / 10% – yəni bərabər tariflər
– Iraq – 78% / 39%
– Falkland Islands – 82% / 41%
Bu ölkələrdə ABŞ məhsullarına daha yüksək tarif tətbiq olunur, amma ABŞ bu ölkələrə nisbətən daha aşağı (yarıbayarı) tariflə cavab verir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi həcmi illik ifadədə 1.9 dəfədən çox artaraq 1.75 milyard dolları üstələyib. Azərbaycan ötən il Birləşmiş Ştatlara 135 milyon dollarlıq (+8.4 dəfə), ABŞ Azərbaycana 1.61 milyard dollarlıq (+1.8 dəfə) məhsul ixrac edib.

 

Post navigation

Previous: Tibb şirkətinin direktoru ofisində ölü tapılıb
Next: 3 ayda Azərbaycanda 21 min 723 körpə doğulub

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.