İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alınıb

Dövlət Sərhəd Xidməti  İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzPost-a bildirilib.

Qeyd olunur ki, Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb.

Belə ki, mart ayının 18-də 6 kiloqram 670 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini – 1995-ci il təvəllüdlü Vahidov Fuad Əlimədət oğlu saxlanılmış, mart ayının 25-də keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə 10 kiloqram 600 qram narkotik vasitə marixuana aşkarlanaraq xidməti ərazidən götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.