Türkiyənin Hatay vilayətinin Arsuz rayonunda sahibsiz itlərin yaşlı qadına hücumu anı təhlükəsizlik kameralarına düşüb.
AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, Arsuz mahalının Karaağaç Konarlı məhəlləsində səhər gəzintisinə hazırlaşan H.D. adlı yaşlı qadına 5 küçə iti hücum edib. Yaşlı qadın özünü müdafiə etmək istəyərkən müvazinətini itirərək yerə yıxılıb. İtin hücumu zamanı ayağından yüngül xəsarət alan qadına məhəllə sakinləri köməyə gəliblər.
Məhəllədəki vətəndaşların müdaxiləsi ilə sahibsiz itlər uzaqlaşıb. Sahibsiz itlərin qadına hücum etdiyi dəhşətli anlar təhlükəsizlik kameralarına düşüb.