Qəzza xəstəxanalarında dərmanlar tükənir

Qəzza
Qəzza

Qəzza zolağındakı xəstəxanalar dərman və tibbi ləvazimatların əhəmiyyətli çatışmazlığı ilə üzləşib. 

Ölkə.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Qəzza xəstəxanalarında zəruri dərman ehtiyatları, xüsusən də vacib tibbi ləvazimatların 59%-i, xərçəng və qan xəstəlikləri üçün dərmanların 54%-i tükənib. 80 mindən çox şəkərli diabet xəstəsi və 110 mindən çox xroniki yüksək qan təzyiqi olan insan həyati vacib dərmanları ala bilmir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.