Gürcüstan prezidenti Bakıya rəsmi səfərə gəlib

Gürcüstan prezidenti Mixail Kavelaşvili Bakıya iki günlük rəsmi səfərə gəlib.

AzPost bildirir ki, Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Mixail Kavelaşvilinin İlham Əliyevlə görüşü, Azərbaycanın baş naziri Əli Əsədov və parlamentin sədri Sahibə Qafarova ilə təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Prezidentin başçılıq etdiyi gürcü nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darqali və Savalan Mirzəyev daxildir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.