Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

POS-terminalların quraşdırılması bəzi obyektlər üçün məcburidir – Dövlət Xidməti

Orkhan Ali 19 Aprel 2025 - 20:30 (Last updated: 21 May 2025 - 20:15)
POS-terminalların quraşdırılması

POS-terminalların quraşdırılması

Son günlər sosial şəbəkə platformalarında şadlıq evlərində POS-terminalların quraşdırılmaması və ödəniş zamanı qəbz təqdim edilməməsi ilə bağlı narazı fikirlər səsləndirilir. İstifadəçilər eyni halın gözəllik salonları, mehmanxanalar və digər xidmət obyektlərində də müşahidə olunduğunu bildirirlər. Bu isə sual doğurur: hansı obyektlərdə POS-terminal quraşdırılması və müştəriyə qəbz təqdim edilməsi məcburidir?
Oxu.Az məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb.
Xidmətdən bildirilib ki, dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, bir sıra təsərrüfat subyektləri üçün POS-terminalların quraşdırılması məcburi hesab olunur:
“Nazirlər Kabinetinin “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, bu obyektlərə ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə məkanları, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, nəqliyyatda (hava, su, dəmir yolu və avtomobil) biletlərin satış məntəqələri, turizm şirkətləri daxildir”.
Qurumdan, həmçinin bildirilib ki, rüb üzrə ortaaylıq dövriyyəsi 2 000 manatdan artıq olan vergi ödəyicilərinin təsərrüfat subyektləri, hüquqi və fiziki şəxslərə məxsus taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri, eləcə də vergilərin və digər dövlət rüsumlarının ödənişini qəbul edən dövlət orqanları da siyahıya daxil edilib.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminalların quraşdırılmaması və ya quraşdırılmış terminallarda nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
“Təqvim ili ərzində ilk pozuntu halında – 1 000 manat, ikinci dəfə – 3 000 manat, üç və daha çox pozuntu halında isə – 6 000 manat cərimə nəzərdə tutulub”.
“Dövlət Vergi Xidməti sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır”, – deyə məlumatda qeyd olunub.

Post navigation

Previous: Ağ Ev COVID-19-un Çində laboratoriya şəraitində yarandığını iddia edir
Next: 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq –

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan...
Read more about Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN
Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44
Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.