Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Lüks xidmətin arxa fonu: “Qanunvericilikdə boşluq var”

Orkhan Ali 20 Aprel 2025 - 15:24 (Last updated: 21 May 2025 - 20:15)
restoran

restoran

Restoranlarda tez-tez yoxlamalar həyata keçirilir. Ekspertlərin fikrincə, bu yoxlamalar vətəndaşların sağlamlığı üçün olduqca vacibdir. Lakin iş ancaq yoxlamalarla bitməməlidir.
Son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müxtəlif restoranlarda yoxlamalar aparır və nöqsanlar aşkarlayır. Onların sırasında insanlar arasında populyar olanlar da var. Bəs bu yoxlamalar restoran-kafelərdə sanitar-gigiyena standartlarının yaxşılaşdırılmasına töhfə verirmi?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova da düşünür ki, restoranlara tələbat artdığı dövrdə nəzarət mütləqdir: “Keyfiyyətsiz məhsullarla qidalanma insanların sağlamlığına ciddi təhlükədir. Günümüzdə insanların restoranlara marağı xeyli artıb. O səbəbdən yoxlamaların aparılması vacibdir. Düşünürəm ki, bu yoxlamalar birmənalı şəkildə sanitar-gigiyena standartlarının yaxşılaşdırılmasına töhfə verir. Nöqsanlar ictimailəşdirildikdə digər restoran sahibləri də daha məsuliyyətli olmağa başlayırlar. Yoxlamalar sahibkarlar üçün xəbərdarlıq rolu daşıyır. Eyni səhvlərin bir daha təkrarlanmamasında da mühüm rol oynayır”.
M.Hüseynova son zamanlar restoranlarda daha çox aşkar olunan nöqsanlara da toxundu: “Ən çox nöqsanlar qida məhsullarının düzgün saxlanılmaması, yəni temperatur rejiminə əməl olunmamasıdır. Risk qrupuna aid qidalar soyuducuda saxlanılmalıdır. Yeməklərin hazırlanmasında vaxtı keçmiş qida məhsullarından istifadə olunur. Bəzən çiy və bişmiş məhsullar qarışıq şəkildə olur. Yaxud zərərvericilərə qarşı mübarizə aparılmır, mətbəxlərdə siçanlar və digər həşəratlar gəzir. Onlar qidalara təmas etdikdən sonra qidaların satışı həyata keçirilir. Təmizlik və dezinfeksiya qaydaları da pozula bilir. İşçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməməsi, vaxtlı-vaxtında tibbi müayinədən keçməməsi kimi hallar da aşkarlanır”.
Ekspertin fikrincə, maarifləndirmə əsas şərt olsa da, nəzarət də mütləqdir: “Çünki nə qədər maarifləndirmə aparılsa da, nəzarət güclü olmasa, sahibkarlar qazanc əldə etmək üçün yenə də ucuz xammaldan, vaxtı keçmiş məhsullardan istifadə edəcəklər. Yaxşı olar ki, belə yoxlamalar müntəzəm şəkildə həyata keçirilsin. Bir çox müəssisələrdə yoxlamaların xəbərsiz keçirilməsi nöqsanları daha aydın görməyə kömək edər. Müəssisədaxili keyfiyyətə və qida təhlükəsizliyi qaydalarına nəzarət mexanizmlərinin qurulması vacibdir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, əksər hallarda müəssisələrin yoxlamalardan öncədən xəbəri olur: “Bu yoxlamalar olduqca zəruridir. Təhlükəli qidaların istehlakçılara verilməsinin qarşısının alınması üçün əhəmiyyətlidir. Amma onu da qeyd edək ki, AQTA yoxlama aparmadan dörd gün əvvəl xəbərdarlıq edir, yoxlamaya gələcəklərini bildirirlər. Öncədən xəbərdarlıq olunur, amma yenə də nöqsanlar aşkarlanır”.
Ekspert bir çox restoranların real vəziyyətindən də danışdı: “Bakıda elə restoranlar var ki, olduqca bahalı və lüksdür, lakin mətbəxləri bərbad vəziyyətdədir. Mətbəxə kameralar qoyulmalıdır ki, gələn qonaqlar sifariş verdikləri yeməklərin hazırlanması şəraitini görə bilsinlər. Elə restoranlar var ki, yemək başqa yerdə bişirilir, yalnız qızdırılıb müştərilərə təqdim edilir. Yaxud qida xarab olur, vaxtı keçir, o şəkildə qonaqlara verilir”. 
E.Hüseynovun sözlərinə görə, regionlarda vəziyyət daha acınacaqlıdır: “Yay aylarında regionlarımızda restoranlar anti-sanitar vəziyyətdə fəaliyyət göstərir. Tələb təklifi üstələdiyi üçün insanlar buna fikir vermirlər”.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, burada hər iki tərəfin üzərinə müəyyən iş düşür: “Nəzarət-yoxlama üsullarından, təbii ki, istifadə edilməlidir. Yalnız o həddə çatdırmaq olmaz ki, müəssisə bağlansın, biznes və həmin müəssisədə çalışanlar işsiz qalsınlar. Zənnimcə, hər iki tərəf bu həddə çatdırmamalıdır”.
S.Dübəndinin sözlərinə görə, müəssisələrin bəziləri məlumatlı deyil, o səbəbdən də maarifləndirmə lazımdır: “İctimai iaşə sektorunda sanitar-gigiyena standartlarına birmənalı və ciddi riayət edilməlidir. Bu qayda və standartların tələblərinə riayət etmək təkcə yoxlamalarla baş tuta bilməz. Ən vacib məqam biznesin bu qayda və standartları öncədən bilməsi və bu sahədə hər bir müəssisədə müvafiq biliklərin yaradılmasıdır. Yoxlamalarla yanaşı geniş miqyaslı maarifləndirmə işləri də aparılmalı, təlimlər keçirilməli, sertifikatlaşma işləri daha ciddi aparılmalıdır. Biz AQTA-ya dəfələrlə ictimai iaşə sahəsi üçün təlimlərin keçirilməsini təklif etmişik, yalnız bunlara müsbət cavab almamışıq. İctimai iaşə sahəsi üçün kadr hazırlayan peşə təhsil sahəsində də əsaslı islahatlar aparılmalıdır”.
Sədr restoran sahəsində digər diqqət olunmalı məqamlardan da bəhs etdi: “İctimai iaşə biznesinin uğuru təkcə sanitar-gigiyena, qida təhlükəsizliyi qaydaları ilə müəyyənləşmir. Burada xidmət keyfiyyətini təmin edən digər amillərə də diqqət yetirilməlidir. Əfsuslar olsun ki, gündən-günə genişlənən, dövriyyəsi artan ictimai iaşə sektorunda vahid tənzimləyici rolunu təmin edən dövlət qurumu mövcud deyil. Xidmət keyfiyyətini təmin edən servis qaydaları, ümumilikdə isə restoran, kafe, bar və sair kimi müəssisələrin təşkili və açılması qaydalarında böyük bir boşluq var. Bu sahədə hüquqi-normativ bazamızın təkmilləşdirilməsinə böyük ehtiyac duyulur”.
Mənbə: “Kaspi” qəzeti

Post navigation

Previous: Bakıda güclü yanğın –
Next: “Şərurlu İsfəndiyar”dan oğlunun həbs xəbərinə reaksiya

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan...
Read more about Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN
Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44
Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.