Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Separatçılar məhkəmədə Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdilər

User 21 Aprel 2025 - 21:06 (Last updated: 21 May 2025 - 20:15)
araik

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib.

AzPost APA -ya xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və digərlərini təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı, faciə zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə məqsədli şəkildə məhv edilmələri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarına suallarına cavab veriblər.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında Xocalıda törədilənlər haqqında ilk dəfə 1992-ci ilin fevralında “rəsmi məlumatlar” verilməsi nəticəsində məlumat aldığını bildirərək deyib: “O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”. O, dinc əhalinin qətlini pislədiyini də vurğulayaraq qeyd edib: “Bu qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.

A.Qukasyan Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyanın, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyanın etdiyini bildirib. Əlavə edib ki, həmin vaxt yeni formalaşan “özünümüdafiə qüvvələri”nin rəhbəri Serj Sarkisyan idi. O, daha sonra deyib: “Bütün müharibələrin əleyhinəyəm. Amma bu baş verirsə, müharibə qanunları gözlənilməlidir”.

Təqsirləndirilən şəxs Bako Sahakyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən Xocalı hadisələri ilə bağlı dərin və təfsilatlı məlumata malik olmadığını iddia edib. O, məhkəmədə nümayiş olunan videomateriallara və sənədlərə işarə edərək bildirib: “Bu qədər təfsilatlı bilmirdim. Amma bu, mənim mövqeyimi dəyişmir. O vaxt da, indi də bu cür hadisələri pisləyirəm”.

Təqsirləndirilən şəxs Xocalı soyqırımında keçmiş sovet ordusunun 366-cı motoatıcı alayın iştirakı barədə eşitdiyini, sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın həmin alayda xidmət etdiyini bildirib.

Təqsirləndirilən şəxs David İşxaynan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Xocalı soyqırımı ilə bağlı görüntülərdə yer alanların vəhşilik olduğunu deyib. O, hadisələr zamanı qondarma rejimdə “deputat” olduğunu söyləyib.

Təqsirləndirilən şəxs David Babayan isə dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalı soyqırımı və Xocalının işğalı hadisələrinin iştirakçısı olmadığını bildirib. O deyib ki, Xocalı hadisələri zamanı məsələni güc yolu ilə həll etmək istəyənlər məqsədlərinə çatıblar. “Bu əməliyyatda müxtəlif qruplar iştirak edib”, – deyə o vurğulayıb.

D.Babayan onu da deyib ki, hətta qondarma rejimdə “Xocalının azad edilməsi uğrunda” medalı “təsis” olunub.

Zərərçəkmiş şəxslərin nümayəndəsinin “Əgər Ermənistanın iddia etdiyi kimi, Xocalı soyqırımı zamanı dinc sakinlərin çıxmaları üçün dəhliz var idisə, niyə onların getməsinə imkan verilməyib, Arkadi Quksayanın da məhkəmədə dediyi kimi, yüzlərlə azərbaycanlı Xankəndiyə aparılıb” sualına isə D.Babayan cavab verə bilməyib. Əvəzində, o, “Uşaqlara, dinc sakinlərə qarşı edilənlərə necə bəraət vermək olar?! Bu barbarlıqdır” deyib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Xocalı hadisələrini Birinci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab etdiyini bildirib. O, qondarma rejimdə Xocalı əməliyyat ilə bağlı müzakirələr olmadığını iddia edib və deyib: “Məsələn, Şuşa əməliyyatı ilə bağlı bir neçə kitab yazılıb. Ona görə də bilirik ki, orada kimlər iştirak edib, necə olub. Xocalı əməliyyatı ilə bağlı isə müzakirələr aparılmayıb. O vaxtı başlıca hərbi rəhbər Arkadi Ter-Tadevosyan idi. Yəqin ki, Xocalıda hərbi əməliyyatlar onun göstərişi və razılığı ilə keçirilib”.

A.Harutyunyan deyib ki, istənilən halda bu, bağışlanmaz bir faciə idi.

Daha sonra məhkəmədə “Memorial” İnsan Hüquqları Mərkəzinin 1992-ci il fevralın 25-26-da Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabat sənədi tədqiq edilib.

Təşkilatın hesabat sənədində bildirilir ki, erməni hərbçiləri tərəfindən Xocalının işğal olunması ilə nəticələnən əməliyyat zamanı əhalinin kütləvi qətlləri, insan haqlarının milli zəmində pozulması halları baş verib.

“Xocalı Ermənistanın hərbçiləri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya edildi. Bu əməllər mütəşəkkil formada həyata keçirildi”, – deyə sənəddə qeyd edilib.

Sənədə görə, deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanılıb ki, bu da qondarma rejim “hakimiyyət”inin bu barədə müvafiq əmrinin olduğunun aşkar göstəricisidir.

Dinc əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda haqq qazandırıla bilməz.

“Memorial” hüquq müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı Ermənistanın Qarabağdakı dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrinə kobud qaydada ziddir.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin olunub.

Post navigation

Previous: Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə MÜSAHİBƏSİ –
Next: Sabiq “KVN”çi Milli Məclisdə icra hakimiyyətləri üzrə müdir təyin edilib

Oxşar xəbərlər

dtx01
  • Baş Yazı

İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA

User 20 Noyabr 2026 - 18:58
Boşanma
  • Baş Yazı

11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb – Evlənmək istəyənlər niyə azalır?

User 20 Noyabr 2026 - 15:37
market
  • Baş Yazı

Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım

User 20 Noyabr 2026 - 14:00

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.